Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68302
az

Putinin müharibədəki ən yaxın dostları - Rusiyanın yanında yer alan ölkələrin SİYAHISI

11:4714 Aprel, 2022
1193
DÜNYA
  • A

2022-ci il, fevralın 24-ü, səhər saatlarında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə hələ də davam edir. Rusiya prezidenti Vladimir Putin işğalı “Ukraynanın şərqindəki Donbasda xüsusi hərbi əməliyyat” kimi qiymətləndirib.

Müharibənin ilk günlərində bəzi Qərb analitikləri Moskvanın Rusiya ordusunun 24 saat ərzində Ukraynanı işğal edə biləcəyini bildirsə də, bu proqnozlar özünü doğrultmayıb. 

Bütün dünyanın maraqla izlədiyi Rusiya-Ukrayna müharibəsinə ölkələr də bitərəf qalmır. Dünyanın aparıcı və mütərəqqi ölkələri Ukraynanın yanında olduqlarını bəyan etsə də bu müharibədə Rusiyanı dəstəkləyənlər də yox deyil.

Maraqlıdır, hansı ölkələr Rusiyanı dəstəkləyir? Bu dəstəyin alt qatımda həmin dövlətlərin hansı maraqları gizlənib?

Gundem.az Ukraynanın işğalında birbaşa və ya dolayısı ilə Rusiyanı dəstəkləyən ölkələrin siyahısını təqdim edir.

Belarusiya

Belarusiya 1990-cı ildən bəri Rusiyanın ən sadiq müttəfiqlərindən biridir. İşğaldan əvvəl Rusiya ilə hərbi təlimlər keçirən və torpaqlarını rus ordusunun üzünə açan Minsk administrasiyası müharibədə birmənalı şəkildə Moskvanın tərəfində olan ölkədir. Belarusiyanın ən mühüm ticarət ortağı olan Rusiya həm də xam neft və təbii qazın tədarükçüsüdür. Belarusiya eyni zamanda 2015-ci ildə yaradılmış Avrasiya İqtisadi İttifaqı və Rusiyanın rəhbərlik etdiyi hərbi alyans olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Rusiya ilə bağlıdır. Sözügedən hərbi alyansa Ermənistan, Qazaxıstan və Qırğızıstan da daxildir.

Qazaxıstan

Qazaxıstan həm də Putin üçün Rusiyanın “ən yaxın strateji” müttəfiqlərindən və tərəfdaşlarından biridir. Putin bu ifadəni ilk dəfə 2015-ci ilin oktyabrında yaradılan Rusiyanın “Naşi” gənclər hərəkatının toplantısında istifadə edib. Qazaxıstanın Rusiya ilə dərin əlaqələri bu ilin əvvəlində Almatıda keçirilən hökumət əleyhinə nümayişlərdə də özünü göstərdi. Putin Qazaxıstan prezidenti Kasım Comert Tokoyevə dəstək üçün ölkəyə rus qoşunlarını göndərib.
Qazaxıstan ilk başlarda Rusiyanın Donetsk və Luqanskın “xalq respublikaları” kimi tanınması qərarında neytral qalmağa çalışıb. Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi açıqlamasında Qazaxıstanın Luqansk və Donetski tanıyıb-tanımayacağı məsələsinin ölkə gündəmində olmadığını bildirib. 

Ərazi baxımından dünyanın 9-cu böyük ölkəsi olan, eyni zamanda zəngin neft və təbii qaz ehtiyatlarına malik Qazaxıstanla tərəfdaşlığın mühüm geosiyasi və iqtisadi səbəbləri var. Rusiyanın “Qazprom” enerji şirkətinin boru kəmərlərinin əhəmiyyətli hissəsi Qazaxıstan ərazisindən keçir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına görə, Qazaxıstan 2019-cu ildə Rusiyadan 14 milyard dollar idxal edərək, Rusiyanı Çin, Cənubi Koreya, Almaniya və İtaliyanı qabaqlayaraq ən əhəmiyyətli ixracatçı ölkə edib.

Çin

Fevralın əvvəlində Pekində keçirilən görüşdə Rusiya və Çin Qərbə qarşı çiyin-çiyinə döyüşməyə cəhd ediblər. Lakin hazırda Çindən gələn bəyanatlar bir qədər dərqli tondadır. BMT Təhlükəsizlik Şurasının 22 fevral 2022-ci il tarixində keçirilən fövqəladə Ukrayna sessiyasında Çin müttəfiqi Rusiyanın tərəfini tutmadı və bütün ölkələri təmkinli davranmağa çağırdı.
Moskva ilə Pekin arasında münasibətlərdə fərqli balans var. Çin Rusiya üçün daha vacibdir. Rusiyanın xarici ticarətinin beşdə biri Çinin payına düşdüyü halda, Çinin xarici ticarətində Rusiyanın payı cəmi 2,4 faizdir. Digər tərəfdən, Rusiya ilə Çin arasında ikitərəfli ticarət həcmi 2021-ci ildə yüzdə 36 faiz artaraq 147 milyard dollara çatıb. Məlumat üçün bildirək ki, 2020-ci ildə Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi 174 milyard avro olub.

Ermənistan

Qafqazdakı keçmiş sovet respublikası iqtisadi cəhətdən Rusiyadan asılıdır. Qazaxıstan kimi Ermənistan da Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ermənistanın enerji ehtiyacının 80%-i Rusiyanın əlindədir. Almaniyanın GTAI xarici iqtisadiyyat portalının məlumatına görə, Rusiya Ermənistanın həm idxalında, həm də ixracında birinci yerdədir. Ermənistan 2018-ci ildə “məxməri inqilab” adlandırılan etirazlardan sonra Qərblə yaxınlaşmağa çalışır. Ermənistan Avropa Şurasının üzvü kimi Avropa İnsan Haqları Konvensiyasının iştirakçısıdır və 2017-ci ildə Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalayıb. Ermənistan həmçinin Donetsk və Luqanskın “xalq respublikaları” kimi tanınmasının ölkənin siyasi gündəmində olmadığını bildirib.

Macarıstan

Moskvanın Aİ-də Macarıstandan daha yaxın müttəfiqi yoxdur. Macarıstanın baş naziri Viktor Orban Vladimir Putinin  dostlarından biridir. Orban Rusiyadan nüvə reaktorları alıb və kosmosda Macarıstan-Rusiya birgə tədqiqat layihələri üzrə müqavilələr bağlayıb. Avropa Dərman Agentliyi (EMA) tərəfindən hələ təsdiqlənməmiş Rusiyanın peyvəndi olan “Sputnik” Macarıstanda istifadə olunur.

Bunun müqabilində Macarıstan Rusiya qazını güzəştli qiymətlə alır. Aprelin 3-də keçiriləcək seçkilərdə Orbanın Rusiyanın dəstəyinə ehtiyacı ola bilər. Çünki Macarıstan Aİ-nin maliyyə yardımını kəsmək təhlükəsi ilə üz-üzədir. Avropa Ədalət Məhkəməsinin 16 fevral tarixli qərarında, qanunun aliliyində çatışmazlıqlar olduğu səbəbiylə AB Komissiyasının maliyyə yardımlarını kəsmə qərarına etiraz edən Macarıstan və Polşanın müraciətini qəbul etməyib. Ancaq Orbanla Putinin dostluğunun bir həddi olduğu müşahidə edilir. Rusiyanın Donetsk və Luqanskı tanımaq qərarından sonra Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyalarını təsdiqləyib.

Serbiya

Xarici KİV-in məlumatına görə, may ayına qədər Serbiya Rusiyadan təbii qazı endirimlə alacaq. Serbiya prezidenti Vucic də bir çox serblər kimi Rusiyanı özünün “böyük qardaşı” kimi görür. İki ölkə arasındakı bağın göstəricisi Serbiyanın ilk Avropa ölkəsi olaraq Avrasiya İqtisadi Birliyi ilə 25 oktyabr 2019-cu ildə imzaladığı azad ticarət sazişidir. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etsə də, Rusiyanın Donetsk və Luqanskı tanımaq qərarına daha ehtiyatlı yanaşır.

Vuçiç “Moskva Tayms” qəzetinə verdiyi açıqlamada bildirib ki, əhalinin 85%-nin Rusiya tərəfdarı olmasına rəğmən Serbiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Serbiya hələ də Avropa Birliyinə tam namizəd ölkələrdən biridir. Hökumət Moskvadan iqtisadi asılılığını da azaltmağa çalışır. Buna görə də ölkədə Serbiyanı Yunanıstanın qaz şəbəkəsinə birləşdirəcək yeni boru kəmərinin çəkilməsi planlaşdırılır.

İran

Tehranla Moskva arasındakı yaxın münasibət hamıya məlumdur. İran və Rusiya xarici siyasətdə bir çox məsələlərdə birgə hərəkət edirlər. Tehran rəhbərliyi Ukraynanın işğalı ilə bağlı birbaşa və tərəfli açıqlama verməsə də, prosesin Qərb tərəfindən bu vəziyyətə gətirildiyini bildirən bəyanatlar verib. 

Şimali Koreya

Şimali Koreya Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı verdiyi açıqlamada Rusiyanı dəstəkləndiyini və böhranın əsas səbəbkarının ABŞ olduğunu bildirib. Şimali Koreya Xarici İşlər Nazirliyinin internet saytında verilən açıqlamada qeyd edilib ki, baş verən müharibəyə görə Vaşinqton məsuliyyət daşıyır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Turist gəmisi Qırmızı dənizdə batdı - 17 nəfər itkin düşdü
Aİ missiyası Ermənistanda qalacaqmı?
Şimali Koreya zavid tikir

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı