Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67285
az

Rusiya oliqarxları Putinin aradan götürülməsi yollarını müzakirə etdi...-KƏŞFİYYAT

20:2123 Mart, 2022
306
DÜNYA
  • A

"Rusiyanın böyük biznesi artıq ən radikal addımlara hazırdır.  Bəzi oliqarxlar hətta Putinin fiziki olaraq uzaqlaşdırılması üçün pul ödəməyi müzakirə edirlər...”
 
Rusiya ordusunun Ukraynaya müdaxiləsinə cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyalardan Rusiya oliqarxları böyük itkilər verir. Beləliklə, onlar beynəlxalq hərbi cinayətkar Vladimir Putini dayandırmaq üçün gizli görüşlər keçirirlər.
 
OXU24.COM  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz "Facebook" səhifəsində məlumat yayıb.
 
"Kəşfiyyatımızın məlumatına görə, Moskvada rusiyalı oliqarx Pyotr Aven (martın 1-dək “Alfa-Bank”ın direktorlar şurasının sədri) ilə qazaxıstanlı milyarder Aleksandr Maşkeviç ("Avrasiya Bankı" şirkətinin direktorlar şurasının sədri) arasında görüş keçirilib.
 
"Görüş zamanı Aven qeyd edib ki, Rusiya oliqarxları Putinin siyasətindən hədsiz qıcıqlanıb. Ukraynadakı müharibəyə görə Rusiyaya və konkret iş adamlarına qarşı tətbiq edilən sanksiyalar rusiyalı milyarderlərin sərvətinə zərbə vurub. Həmçinin Rusiyanın böyük biznes nümayəndələrinin də indi diktatora və ya onun güc blokundan olan yaxın adamlarına təsir etmək yollarını axtarırlar. 
 
Lakin bunu Putinin sıx təcriddə olması və praktiki olaraq heç kəsi,  lk növbədə onun etibarsız hesab etdiyi oliqarxları yaxın buraxmaması daha da çətinləşdirir. Bununla belə, Rusiyanın böyük biznesi artıq ən radikal addımlara hazırdır.  Bəzi oliqarxlar hətta Putinin fiziki olaraq uzaqlaşdırılması üçün pul ödəməyi müzakirə edirlər”, – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatında deyilir.
 

Rusiya oliqarxlarının taleyi...

 

Bir vaxtlar özü milyarder olan  Mixail Xodorkovski  hesab edir ki, Rusiya oliqarxları Putinə heç nə edə bilməz və başqa varianta ümid etmək lazımdır.

Martın əvvəlində ümumi kapitalı 90 milyard dollar olan 6 oliqarx açıq şəkildə Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxıb. Bunlar: “Novatek”in sahibi Leonid Mixelson, “Rusal”ın təsisçisi Oleq Deripaska, “Lukoyl”un sahibi Vahid Ələkbərov, “Alfa Group”un rəhbəri Mixail Fridman və onun ortağı Pyotr Avendir.

Martın 16-da məlum olub ki, Qərb ölkələri Rusiya oliqarxlarının sanksiya çərçivəsində həbs olunmaq üçün aktivlərini axtaran müstəntiqlərdən ibarət əməliyyat qrupu təşkil edib.

Martın 15-də Böyük Britaniya Belarus və Rusiya Federasiyasından olan şəxslərin sanksiya siyahısını  370 nəfərin adı ilə genişləndirib. Onlarla əlaqə qadağan olunub və Böyük Britaniya ərazisində aktivlərinə həbs qoyulub. Onlardan 51 nəfəri oliqarx və onların ailə üzvləridir.
Rusiyalı milyarderlərin bahalı yaxta və təyyarələrinin həbsi aktiv şəkildə aparılır. Məsələn, İspaniya hakimiyyəti Barselonada rusiyalı oliqarx, “Rostec” şirkətinin rəhbəri Sergey Çemezovun yaxtasını həbs edib. O, Rusiya prezidenti Vladimir Putinə yaxın sayılır...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı