Ukrayna Rusiya ilə danışıqlarda ərazi bütövlüyünü güzəştə gedə bilməz.
“Ölkə.Az” xəbər verir ki, bunu Ukrayna prezidenti Zelenski CNN-ə müsahibəsində deyib.
Zelenski bunu Rusiyanın tələbləri, o cümlədən Krımın Rusiyanın bir hissəsi kimi tanınması, Donbasdakı iki respublikanın müstəqilliyinin tanınması və Ukraynanın NATO-ya qoşulmayacağına dair zəmanətlər barədə verilən sualı cavablandırarkən deyib.
“Müstəqil dövlət olaraq hazır ola bilməyəcəyimiz kompromislər var. Bu ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı istənilən kompromisdir. Ukrayna xalqı artıq bu məsələ ilə bağlı öz sözünü dedi. Rus əsgərlərini gül dəstəsi ilə deyil, mərdliklə, əllərində silahla qarşıladılar” - Zelenski deyib.
O, həmçinin əlavə edib ki, Rusiya zorla başqa ölkə vətəndaşlarının rəğbətini qazana bilməz.
“Siz sadəcə olaraq başqa ölkənin prezidentini güc tətbiq etməklə hər şeyi tanımağa məcbur edə bilməzsiniz” - Zelenski bildirib.
Gürcülər rusları pusquya salıb belə məhv etdi - UKRAYNADAN ŞOK VİDEO
Oxu24.com
ŞƏRHLƏR