Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67118
az

“Ukrayna Xəzərdən vurulur” iddiası- dənizdə Rusiyanın hansı raketləri var?  

00:1219 Mart, 2022
361
DÜNYA
  • A

2015-ci ildə Xəzərdəki Rusiya gəmiləri Suriyaya  “Kalibr” qanadlı raketləri ilə bir neçə dəfə zərbələr endirmişdi   
 

“Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinin dərinliklərindən belə raket atıldığını qeydə alıb”.

Bunu Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat “RBK-Ukraina”ya müsahibəsində söyləyib.

“Əgər raket məsələn, Krımdan Kiyev istiqamətində uçursa, o zaman yol boyu mərhələli şəkildə hava hücumu siqnalı işə salınır. Biz onun haranı vura biləcəyini alqoritmə əsasən hesablayırıq. Lakin elə hallarda qeydə alınıb ki, raket atışı strateji raketdaşıyıcılarından, hətta Xəzər dənizindən gerçəkləşdirilir. Bunu izləmək çox çətindir”, - sözçü vurğulayıb. Rusiya bu xəbəri nə təsdiq, nə təkzib edib.  

Qeyd edək ki, Rusiya  son illərdə Xəzər donanmasını  gücləndirirdi. Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilən ən yeni raket gəmiləri ilk növbədə Xəzər donanmasına verilirdi. 2015-ci ildə Suriyada hərbi əməliyyatlar  başlayandan sonra isə Rusiya Xəzəri hərbi əməliyyatlar zonasına çevirdi, buradan Rusiya gəmiləri Suriyadakı hədəflərə silahlanmaya yeni qəbul edilən “Kalibr” qanadlı raketləri ilə bir neçə dəfə zərbələr endirdi. 

 

 Rusiya Xəzər flotiliyasının gəmilərini və sahil mühafizə bölmələrini 2010-cu ildən etibarən “Uran-E”, “Kalibr-NK” və “Bal-E” gəmi əleyhinə raket kompleksləri ilə təchiz etməkdədir. 2013-cü ildə flotiliyanın “Qrad Sviyajsk” korvetində, ardınca “Uqliç”, “Veliky Ustyuq” və “Dağıstan” gəmilərinin silahlanmasına “Kalibr-NK” qanadlı raketləri daxil edilib. 2015-ci ilin sonlarında Xəzər flotilyasının gəmiləri Suriyadakı hərbi əməliyyatlara cəlb olunub. Flotilyanın dörd raket gəmisi 7 və 20 noyabr 2015-ci il tarixlərində Xəzər dənizindən Suriyanın Rakka, İdlib və Hələb əyalətlərində yeddi hədəfə 44 (noyabrın 7-də 26, noyabrın 20-də isə 18) qanadlı raket buraxmışdır. Müdafiə naziri Serqey Şoyqunun məruzəsinə əsasən, bütün hədəflər vurulub.  

 

Hazırda Xəzər flotilyasının sıralarında xidmət edən 3 ədəd 21631 “Buyan-M” layihəli korvetin hər birinin silahlanmasında 8 ədəd “Kalibr-NK” raketi mövcuddur.  11661K layihəli “Dağıstan” gəmisində isə əvvəlcədən planlaşdırılan “Uran-E” kompleksi “Kalibr-NK” universal raket kompleksi ilə əvəzlənib. Gəminin üzərində 1 ədəd 8 raketli “Kalibr-NK” buraxıcı qurğusu yerləşdirilib.

Azeridefence.com-a görə, “Kalibr” ailəsinə daxil olan raketlərinin dəqiq taktik-texniki xüsusiyyətləri barədə məlumatlar mövcud deyil. Raketin uçuş uzaqlığı barədə Rusiyanın hərbi rəsmiləri ziddiyyətli açıqlamalar verməkdədir.

 


2012-ci ildə mediada yer alan xəbərlərdə raketin dəniz hədəflərinə atış uzaqlığı 375 km, 2015-ci ildə açıqlanan məlumatlarda isə yerüstü hədəflərə 2400 km olaraq göstərilib. 2016-cı ilin mart ayında Rusiya HDQ Qara dəniz Flotilyasının komandanı “Kalibr-NK”nın dəniz hədəflərinə atış uzaqlığını 500 km, 2017-ci ilin oktyabr ayının 19-da “Valday” klubunda müzakirələrdə çıxış edən Rusiya prezidenti Vladimir Putin isə 1400 km olaraq qeyd etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
HƏMAS İsraillə danışıqlar planlarını açıqlayıb
Zelenski təcili olaraq baş qərargah toplayıb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...