“Azov” alayı Ukrayna ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürüb.
Oxu24.com xəbər verir ki, bu barədə alayın teleqram kanalında məlumat verilib.
“Kim bizə qılıncla gəlsə, elə qılıncla da öləcək”, - deyə yayılan məlumatda bildirib.
Məlumatda general-mayorun adı açıqlanmayıb.
Qeyd edək ki, bu gün “Azov” alayı Ukraynanın Mariupol şəhərindəki Rusiya ordusunun mövqelərini bombalayıb, nəticədə qarşı tərəfin bir neçə texnikası məhv edilib.
Oxu24.com
ŞƏRHLƏR