Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66558
az

Azərbaycan xalq artistinin həyat yoldaşını işdən qovdular – Putini dəstəklədiyinə görə

22:3206 Mart, 2022
655
DÜNYA
  • A

Rusiyanın Xalq artisti Anna Netrebko ABŞ-ın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropolitan Operasından xaric edilib.


OXU24.COM-un xarici KİV-ə istinadən məlumatına görə, teatrın baş meneceri Peter Qelb Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu qərara gəldiyini deyib.

O qeyd edib ki, biz artıq Putini dəstəkləyən, onun müdafiəçisi olan sənətçilər və ya qurumlarla əməkdaşlığımıza davam edə bilmərik.

“İşğal və qətl dayandırılana, nizam-intizam bərpa olunana qədər bu qadağa davam edəcək”.

Qelb həmçinin “New York Times” qəzetinə açıqlamasında bildirib ki, kostyumların tikilməsi ilə bağlı “Böyük Teatr”la əməkdaşlığa da son qoyula bilər.

“Düşünürəm ki, kostyumlarımızı artıq özümüzün hazırlamağımızdan başqa çarəmiz olmayacaq”,- deyə Qelb qeyd edib.

Bu gün məlum olub ki, Vyana operası da Annayla əməkdaşlığa son qoyub.

Xatırladaq ki, Anna Netrebko Azərbaycanın xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Məşhur reper axtarışa verildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub