Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66369
az

64 kilometr uzunluğunda kolon niyə vurulmayıb? - HƏQİQƏTƏN DƏ...

18:2902 Mart, 2022
426
DÜNYA
  • A

Rusiyanın Ukraynaya işğal hücumunun 6-cı günündə bütün dünya “müzakirələrdən bir nəticə çıxacaqmı?” deyib, gözləyərkən, yeni paylaşılan peyk görüntülərində 64 kilometr uzunluğunda Rusiya hərbi karvanının Ukraynanın paytaxtı Kiyevə doğru istiqamət götürməsi, narahatlığı daha da artırdı.

ABŞ-ın peyk texnologiyaları şirkəti olan “Maxar” tərəfindən paylaşılan həmin hava görüntülərində 64 kilometr uzunluğunda Rusiya hərbi karvanının Kiyevə doğru hərəkət etdiyi bildirilir. Həmin hərbi karvanda isə yüzlərlə zirehli texnika, tank, top və maddi-texniki təminat maşınlarının yer aldığı deyilir. Məlumatlara görə, hərbi karvan Kiyevin 27 kilometr şimalında yerləşən Antonov aeroportuna yaxınlaşır. ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiyanın Ukrayna sərhədlərində yerləşdirdiyi hərbi birliklərin 75%-i Ukrayna torpaqlarına daxil olub. Ukraynalıların öz şəhərlərində işğalçılara qarşı bir növ partizan müharibəsi aparması, nizami Rusiya ordusunu pərən-pərən salaraq, çoxlu sayda itkilər verməsinə səbəb olub. Ancaq fotolarda görünən hərbi karvana qarşı Ukrayna Ordusunun hər hansısa bir tədbir görməməsi, bəzi hərbi ekspertlərin fikrincə, iki səbəbdən ola bilər - ya Ukrayna 65 km uzunluğunda Rusiya hərbi karvanını vurmaqdan ehtiyat edir, ya da bu karvanı öz sərhədlərindən içəri buraxmaqla, şəhərlərdə partizan savaşları ilə onları pərən-pərən salmaq istəyir. Başqa bir rəyə görə isə Rusiyanın niyyəti bu karvanla Ukrayna Ordusunun ölkə sərhədlərinə gəlməsini təmin etməklə, onlarla üz-üzə müharibə aparmaqdır. Belə olduqda, Ukraynanın Rusiya qarşısında heç bir şansı qalmır. Odur ki, ukraynalılar işğalçılarla nizami ordu şəklində yox, dağınıq şəhər savaşları və partizan hücumları təşkil etməklə mübarizə aparırlar. “Bayratktar TB-2”dən də istifadə edən Ukrayna Ordusu işğalçılar üçün təşkil olunan ərzaq və yanaq ehtiyatı daşıyan hərbi maşınları vurur, onların irəliləmisinin qarşısını alırlar.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu görüntülərdən Ukrayna vaxtında xəbərdar olunmalı idi: “Bu görüntülər yəqin ki, döyüş əməliyyatları teatrına daxil olmadan, Rusiya qoşunlarının hərəkətini nümayiş etdirir. Təbii ki, qoşunlar ön xəttə yaxınlaşdıqda, zəncir şəklində açılmalıdırlar. Belə uzun məsafələrə karvanların hərəkəti belə bir kolon şəklində həyata keçirilir. Burda qeyri-adi heçnə yoxdur. Amma kolonun 64 km uzunluğunda olduğunu bir çox saytlar, mənbələr də təsdiqləyir. Ancaq maraqlı olan bu deyil. Maraqlı olan odur ki, bu kolonun hərəkətini görənlər nə üçün zamanında Ukraynaya xəbər verilmədi və həmin kolonun hərəkəti üçün hava zərbələri endirilmədi? Ən azından, Ukrayna üçün bunun böyük bir faydası ola bilərdi. Əgər kolonu ölkə sərhədlərinə və ya əməliyyatlar teatrına yaxınlaşarkən sıradan çıxarmarsansa, onlar həmin zonada, ərazidə yerləşəcək və onlara qarşı mübarizə qat-qat çətinləşəcək. Hərəkətdə isə dar keçidlər, körpülər, aşırımlarda keçilən ərazidə bir neçə texnikanı vurmaqla kolonun hərəkətinə maneçilik törətmək olar və ya onların hərəkətini ümumiyyətlə məhdudlaşdırmaq olar. Bütün bunları isə zamanında etmək lazımdır. Daha sonra gec olacaq. Qaldı ki, Ukraynanın bu hərbi kolona müdaxiləsinə, artıq Rusiya Kiyev ətrafında döyüş əməliyyatları aparır. Biz hansı qəzəbləndirməkdən danışırıq? Xerson kimi böyük şəhər artıq Rusiyanın nəzarətindədir. Mariopol və Odessa ətrafında döyüşlər gedir. Xarkovun ətrafında çox ciddi və çətin bir vəziyyət formalaşıb. Onlar gözləyirlər ki, həmin bu texnikalar da çatsın, vəziyyət bir qədər də dərinləşsin? Bu, yanlış yanaşmadır. Ukraynanın həmin karvanı vurmaq üçün həm pilotsuz uçuş aparatları sistemi, aviasiya vasitələri var, həm də uzaqmənzilli “YARS” sistemləri var. Sadəcə, görüntülərin əks olunduğu məkanın hara olduğunu bilməyə ehtiyac var. Məsələn, ola bilsin ki, bu, elə Rusiya ərazisindən hərəkət edir. O zaman düşünə bilərlər ki, vursunlar, ya vurmasınlar. Amma Ukrayna ərazisində çəkilibsə, həmin kolon birmənalı olaraq vurulmalı idi” – deyə, hərbi ekspert bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı