Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65980
az

Şon Penn Rusiyanın Ukraynaya qarşı müharibəsini lentə alacaq - VİDEO

18:5825 Fevral, 2022
198
DÜNYA
  • A

Amerikalı aktyor, rejissor Şon Penn Ukraynaya gedib. O, ölkəyə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlardan bəhs edən film çəkmək üçün yollanıb.

OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, ötən gün aktyorla Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş olub. Ukrayna lideri rejissorla görüşündən olan videosunu instaqram hesabında yerləşdirib.

Prezident aparatının feysbuk səhifəsində də bildirilib ki, Şon Kiyevə "Ukraynada baş verən bütün hadisələri lentə almaq" üçün gəlib.

Xatırladaq ki, noyabrda ölkənin "TSN" agentliyi Ş.Pennin "Maydan" və Donbasdakı münaqişə mövzularına toxuna biləcək sənədli film çəkmək üçün Ukraynaya səfəri barədə məlumat yaymışdı. Agentlik çəkilişlərin mümkün qədər gizli saxlanıldığını qeyd etmişdi. Məlumatda bildirlirdi ki, ekipajın və film üçün alınan müsahibələrin məxfiliyii qorunacaq. O cümlədən cəbhə xəttində silahlı münaqişə zonasına getməyə hazırlaşırdı. Agentlik mənbələrinin məlumatına görə, amerikalı aktyor Donbassda Ukrayna tərəfinin nəzarəti altında olan dənizkənarı şəhər Mariupola getməli idi.

Qeyd edək ki, "Ən yaxşı kişi rolu" nominasiyasında iki "Oskar" mükafatına sahib Şon 2015-ci ilin oktyabrında ən böyük meksikalı narkobaron El Çapo ləqəbli Xoakin Arçivaldo Quzman Loeradan müsahibə alıb. Müsahibə 2016-cı ilin yanvarında Amerikanın "Rolling Stone" jurnalında dərc olunub. Elə həmin ay El Çapo həbs olunub. Bu, onun yerli hüquq-mühafizə orqanları tərəfindən Şonla arasında keçən görüşlərdən sonra müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı