Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65456
az

ŞOK İDDİA: "Rusiyanın Ukraynaya hücumunun qarşısı alındı"

00:0217 Fevral, 2022
497
DÜNYA
  • A

“Rusiyanın etirazına baxmayaraq, NATO və ABŞ şərqə genişlənmək planından geri çəkilməyib və Şərqi Avropa ölkələrini öz tərəfinə çəkmək və onları silahlandırmaq strategiyasını davam etdirəcək”.

Oxu24.com  xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Rusiyanın Ukraynaya işğalçı hücumu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib:

“ABŞ-ın fevralın 16-da Rusiyanın Ukraynaya qarşı hucuma keçəcəyi iddiasının əksinə olaraq, Kreml ordu birliklərinin bir hissəsini Krım və digər istiqamətlərdən geri çəkdiyini bəyan etdi. Bu, Moskvanın ABŞ-ın Rusiyaya yönəlmiş informasiya siyasətinə adekvat cavabıdır. Kreml bununla Vaşinqtonun bu kimi iddialarının təbliğat və Rusiyaya qarşı informasiya müharibəsi olduğunu göstərməyə çalışacaq. Amma onu da qeyd edim ki, Vaşinqton və digər ölkələrin əlində kəşfiyyat məlumatları olduğundan Rusiyanın Ukraynaya məhz fevralın 16-da hücuma keçəcəyini bildirdi. ABŞ və Avropa bu hücumun qarşısını ala bildi.

Bundan əlavə, qənaətimə görə, Rusiyaya Ukryananın NATO-ya üzv qəbul edilməyəcəyi təminatı verilib. Əvəzində isə Rusiya Donbası geri verməli və Minsk razılaşmasını yerinə yetirilməlidir”.

 

Rusiyanın Donbasdakı qondarma rejimləri tanımasına gəldikdə, Məhəmməd Əsədullazadə hesab edir ki, Putin buna getməyəcək:

“Əgər Ukrayna Donbasa hücum edərsə, Rusiya buradakı separatçıları tanıya bilər. Ona görə də Duma belə bir qətnaməni hər ehtimala qarşı təsdiqləmək üçün Putinə təqdim edib. Bütün bunlara baxmayaraq, NATO və ABŞ şərqə genişlənmək planından geri çəkilməyib və Şərqi Avropa ölkələrini öz tərəfinə çəkmək və onları silahlandırmaq strategiyasını davam etdirəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyat yoldaşı aktrisaya 53 milyonluq toy hədiyyəsi bağışladı
Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırırlar - Kobaxidze