Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63728
az

SON DƏQİQƏ! Parlamentin prezidenti vəfat edib

10:4811 Yanvar, 2022
637
DÜNYA
  • A

Avropa Parlamentinin prezidenti, tanınmış siyasətçi və jurnalist David Sassoli vəfat edib.

Bu barədə Oxu24.com xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, o, İtaliyada 66 yaşında dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sistemi pozğunluğu səbəb olub.

Sassolinin mətbuat katibi Roberto Kuilyo Avropa Parlamentinin prezidentinin İtaliyanın Aviano şəhərində, yerləşdirildiyi Onkologiya Mərkəzində yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə saat 04:15-də-red) vəfat etdiyini bildirib. O, qeyd edib ki, Sassolinin dəfn mərasininin vaxtı yaxın saatlarda açıqlanacaq.

Kuilyo bazar ertəsi Sassolinin immun sistemi pozğunluğu ilə əlaqədar dekabrın 26-da İtaliyada xəstəxanaya yerləşdirildiyini bildirib.

Qeyd edək ki, o, ötən ilin sentyabrında pnevmaniya səbəbindən Strasburqda xəstəxanaya yerləşdirilmişdi. Həkimlər David Sassolinin vəziyyətini normal qiymətləndirdilər. Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə keçirilmişdi. Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya aparılmışdı.

O, Avropa Şurasını Qarabağ probleminin həllinə səy göstərmədiyinə görə tənqid etmişdi.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəstə təcili yardım maşınında tibb işçisinə xəsarət yetirib
Hindistan və Pakistan Qırğızıstandakı vətəndaşlarına müraciət edir
Skadovska raket hücumu nəticəsində yaralıların  sayı 12-yə yüksəlib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub