Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60285
az

Kovidli nənəsinə baxmaq üçün xəstəxanaya gizlicə keçdi - "Nənəm sidiyin, nəcisin içində ölürdü"

23:1029 Oktyabr, 2021
263
DÜNYA
  • A

35 yaşlı kişi ağır vəziyyətdə kovid xəstəxanasına yerləşdirilən nənəsindən xəbər ala bilməyincə, onu görmək üçün plan qurur.

Rusiyanın Tomsk şəhərində 2 saylı şəhər xəstəxanasında kuryoz olay baş verib. Belə ki, kovid xəstələrinin müalicə aldığı xəstəxananın qırmızı zonasına kənar şəxs keçib.

Medicina.az xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yaşlı təqaüdçü qadından xəbər ala bilməyən nəvəsi həkim geyimi və maska taxaraq xəstəxanaya keçə bilir.

O nənəsini pis vəziyyətdə, baxımsız vəziyyətdə görür. Qadının ağzındakı boru çıxır, üstü-başı sidik içində idi.
Nənəsinin durumunu gizlicə telefona çəkən kişi videonu sosial şəbəkəyə qoyub. Bundan sonra məsələnin üstü açılır.

3 gün tibb işçisi geyimində nənəsinə qulluq etməyi bacaran nəvə həkimlər duyuq düşən kimi xəstəxanadan qaçıb.
Hazırda məsələ ilə bağlı dövlət qurumları araşdırma aparır, eləcə də xəstəxana daxilinə yad adamın necə keçdiyini araşdırırlar. Rospotrebnadzor isə xəstəxanada yaşlı xəstələrə qulluğun səviyyəsini nəzarətdə saxlayır. Qadının o vəziyyətdə yataqda qalmasına cavabdeh şəxslər cəzalandırılacaq.

Qalmaqallı məsələ ilə bağlı xəstəxananın terapevti Antonina Stoylova bildirib ki, həmin nənənin vəziyyəti çox ağırdır. Amma ona bütün zəruri qulluq olunur.

1937-ci il təvəllüdlü xəstədə ikitərəfli 50% ağciyər zədələnməsi ilə daxil olub.

Terapevt əmin edir ki, hospitalda bütün yataq xəstələrinə gündə 3 dəfə dəyişmə qulluğu olunur, örtükləri dəyişilir, yaraların əmələ gəlməsinə qarşı tədbirlər görülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada zəlzələ oldu
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü