Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57102
az

Nikoldan Moskvaya SƏRT MESAJ: "Erməniləri qorumasanız, biz Fransa və ABŞ-ı dəvət edəcəyik”

10:4830 İyul, 2021
1233
DÜNYA
  • A

“Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycana qarşı ittihamlar səsləndirərkən, Rusiyadan narazılığını ifadə edən iki üstüörtülü mesaj göndərib”.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu fikir səsləndirib. O bildirib ki, Nikol Paşinyan rəsmi Bakının Qarabağdakı rusiyalı sülhməramlıların statusunu müəyyənləşdirmək istəmədiyini deyərək fikrini belə tamamlayıb: “Azərbaycanda erməni hərbçilər üzərində məhkəmələr davam edir. Həmin əsgərlər noyabrın 9-da rusiyalı hərbçilərin səlahiyyət zonasında əsir götürülüb”. Paşinyan bu cümlə ilə demək istəyib ki, Qarabağda erməni hərbçilərin əsir götürülməsinə Moskva göz yumub və Bakıya qarşı sərt açıqlama verməyib. Paşinyan Rusiyaya ikinci mesajında hədələyici cümlə işlədib: “Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini təklif edirəm. Əgər təşkilat çərçivəsində bunun yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılsın”. Yəni Paşinyan Moskvaya mesaj göndərir ki, siz sərhəddimizi nəzarətə götürüb erməniləri Azərbaycandan qorumaq istəmirsinizsə, biz Fransa və ABŞ-ı dəvət edəcəyik”.

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Şahinoğlunun sözlərinə görə, Paşinyana da aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya sərhəd məsələsinə qarışmaq istəmir: “Moskvanın özü Bakının təklifini səsləndirib: “Sərhəddə delimitasiya və demarkasiya işləri başlamalıdır”. Paşinyan “delimitasiya” və “demarkasiya” sözlərini ifadə etməkdən çəkinir. Paşinyan Rusiyanı erməni cəmiyyətinin gözündə daha da aşağılamağa çalışaraq sanki demək istəyir: “Ay ermənilər Rusiya bizi Azərbaycandan qorumaq istəmir, odur ki, Qərbdəki dostlarımıza müraciət etməliyik”. ABŞ və Fransa Ermənistanda Rusiyanı əvəz etməyə hazırdı. Rusiya isə bunu istəmir və rəqiblərini Ermənistana buraxmayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna pilotsuz təyyarəsi Belqorod vilayətinə hücum edib
ABŞ-də NATO-nun sammiti keçiriləcək
Balasanyan da Paşinyana qarşı çıxdı - Xocalı qatili yenə xainlik etdi

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR