Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55692
az

Ermənilər Qarabağda “referendum”a hazırlaşır - NƏ BAŞ VERİR?

20:5922 İyun, 2021
509
DÜNYA
  • A

Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Harutyunyan referendum keçirmək qərarı verib. OXU24.COM NEWS.am saytına istinadən xəbər verir ki, “Qqarabağa etimad referendumu” adını daşıyacaq səsvermə ilə bağlı xəbəri Harutyunyan bu gün Xankəndidə təyin etdiyi mitinqdə açıqlayacaq.

Sayt yazır ki, Arayik Nikol Paşinyanın Ermənistanda son qələbəsindən sonra həvəslənərək, özünün Qarabağdakı “hakimiyyətinin” legitim olmasını sübut etməyə çalışır.

Xatırladaq ki, dünən Xankəndidə bir qrup erməni Arayik Harutyunyanın istefa verməsi tələbi ilə etiraz aksiyası keçirib. Bu gün saat 18:00-da isə Arayik Xankəndidə mitinq təyin edib və hamını ora dəvət edib. O bəyan edib ki, bütün məsələlərlə bağlı açıq danışacaq və hamının suallarını cavablandıracaq.

Qeyd edək ki, Qarabağda belə bir “referendum”un keçirilməsinə rəsmi Bakının necə yanaşacağı çox maraqlıdır. Ümumiyyətlə, Azərbaycan buna nəinki necə baxacaq, bunun qarşısını almaq üçün tutarlı addım atmağa borcludur. Əəks təqdirdə, “münaqişə bitib”, “Qarabağ Azərbaycanın tərkib hissəsidir”, “ərazi bütövlüyümüz təmin edilib” bəyanatlarının əsassız olduğu üəz çıxacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü