Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54437
az

Səudiyyə Ərəbistanı Həcc ziyarətinə icazə verdi

22:2224 May, 2021
1179
  • A

Səudiyyə Ərəbistanı builki Həcc ziyarəti ilə bağlı qərarını açıqlayıb.

OXU24.COM APA-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi xaricdən zəvvarların Həcc ziyarətinə gəlməsinə icazə verib.

Lakin pandemiyaya görə əvvəlki illərlə müqayisədə kvota azaldılıb. Belə ki, iyul ayında baş tutacaq Həcc ziyarətində 60 min zəvvar (45 min ölkə xaricindən, 15 min isə Səudiyyə Ərəbistanından) iştirak edə biləcək.

Səudiyyə Ərəbistanı Həcc ziyarətində iştirak edəcək zəvvarlar üçün müəyyən edilən qaydaları da açıqlayıb.

Əsas qaydalar aşağıdakılardır:

- Zəvvarlar 18-60 yaş arasında olmalıdır;

- Zəvvarlar son altı ayda hər hansı xəstəliyə görə xəstəxanada yatmamalıdır;

- Zəvvarlara peyvəndin hər iki dozası vurulmalıdır;

- Həmin peyvənd Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda olmalıdır;

- Peyvəndin ikinci dozası Səudiyyə Ərəbistanına gəlmədən ən azı 14 gün əvvəl vurulmalıdır

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı