Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51490
az

XƏBƏRDARLIQ: Bizi uğursuzluq və bədbəxtlik gözləyir-Müharibə, yoxsulluq, xəstəlik...?

19:3728 Mart, 2021
1172
  • A

2021-ci ildə dünyanı bunlar  gözləyir

. 2019-da deyilən bütün proqnozları yanıltdı 2020. Bir sözlə başımıza gəlməyən qalmadı. Maraqlıdır, 2021-də bizi daha böyük bəlalar gözləyir?

Oxu24.com xəbər verir ki, dünyada koronavirus pandemiyasının yayılması, milyonlarla insanın yoluxması və ölümü, karantin rejiminin tətbiqi, sərhədlərin bağlanması kimi hadisələrlə yadda qalan 2020-ci il öz problemlərini növbəti ilə də ötürməkdədir.

 

Halbuki ötən ilin sonunda 2020-ci illə bağlı siyasi-iqtisadi proqnozlar daha pozitiv idi. İlin ilk iki ayı Azərbaycan iqtisadiyyatı üçün uğurla başladı, lakin pandemiya səbəbindən bütün müsbət proqnozlar gerçəkləşmədi. Siyasi baxımdan isə 2020-ci il Azərbaycan üçün tarixi il oldu və Dağlıq Qarabağ probleminin həllini tapması, ərazi bütövlüyümüzün təmin olunması ilə yadda qaldı.
Ekspertlər bildirirlər ki, 2020-ci ilin əks sədası 2021-ci ildə də hiss ediləcək. Bəlkə də biz bir neçə  il həm dünyada , həm də Azərbaycanda 2020-ci ildə baş verənlərin təsirlərini hiss edəcəyik. COVİD 19 virusu ilə bərabər qapanmalar, kanarantin rejimləri Azərbaycana mart ayından bəri çox ciddi şəkildə ziyan vurdu. Bu il iqtisadiyyatın bir çox sahələri, ictimai-iaşə, restoran biznesi, turizm, qeyri-ərzaq ticarəti kifayət qədər böyük yara aldı. İşsizlər ordusu yarandı. Mart ayından bəri Azərbaycanda rəsmi işsizlik 90 min 700 nəfər idi, ancaq aprel -may aylarında işsizlik müavinətləri ilə bağlı məsələ gündəmə gələndə 600 min nəfər insana işsizlik müavinəti ilə bağlı yardımların verilməsi məcburiyyəti yarandı. Bu da onu göstərdi ki, işsizliklə bağlı rəqəmlər yanlış imiş…
Bu gün şəhərin istər mərkəz, istərsə də, mərkəzə  yaxın küçələrini gəzərkən də görürük ki, onlarla ticarət obyekti qapadılıb, üzərinə ”icarəyə verilir" sözləri yazılıb. Son həftələr bir qədər ümid yaranmaqdadır. Dünyada qapanmalar davam etsə də, vaksinin tapılması və bəzi ölkələrdə tətbiqinə başlanılması bir qədər ümidləri artırır. Vaksinləşmədən sonra bir qədər problemlərin azalacağı gözlənilir. Bir də dünyada dolların dəyərdən düşməsinə görə, neftin qiymətində bahalaşma mümkündür. Son həftələrdə biz görürük ki, neftin qiyməti 50 dollar sərhəddini keçdi. Azərbaycan neftinin qiyməti 52 dollara yaxın oldu. Bu da il sonuna doğru Azərbaycan iqtisadiyyatı üçün pozitiv bir gəlişmədir. 

Siyasi cəbhəyə gəlincə, 2020 Azərbaycan üçün siyasi baxımdan düşərli oldu. Rəşadətli ordumuz 44 gün ərzində yağı düşmənin dizini yerə qoydu və torpaqlarımızın böyük bir hissəsini azad etdi. Tamamilə kapitulyasiyaya razı olan erməni qoşunları yerdə qalan ərazilərdən hərbçilərin çıxarılmasına razılıq verdi. Bu proses başa çatdı. Bu cəhətdən demək olar ki, hər nə qədər xəstəliklə, müxtəlif bəlalarla yadda qalsa da, 2020-ci il Azərbaycan  üçün düşərli oldu, ərazi bütövlüyümüzü təmin etdik. Azərbaycan xalqı öz düşmənlərini məğlub etdi, onların dünyada yayılmış sarsaq imicinə ağır zərbə vurdu. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada zəlzələ oldu
Xameneinin bu kitabla bağlı dedikləri gülüşlə qarşılandı
Qara dənizdə bu ölkənin 3 pilotsuz kateri MƏHV EDİLDİ - VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü