Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49519
az

Jirinovskidən ŞOK AÇIQLAMA: "Ermənistanı zorla Rusiyaya birləşdirməliyik"

08:4727 Fevral, 2021
2699
DÜNYA
  • A

Ermənistanda hazırkı baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları davam edir.

KONKRET.az xəbər verir ki, “Komsomolskaya Pravda” radiosunun efirində Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski böhrandan çıxış yolunu təklif edib.

“Bundan sonra nə etməli? Otuz ildir orada belədir. Erməni problemini götürsək, artıq üç yüz ildir, hətta min ildir. Çarəni padşahın dövründə olduğu kimi görürəm. Rusiyanın bir hissəsi olan İrəvan quberniyası… Bax, onda hər şey sakitləşəcək”.

Millət vəkilinin sözlərinə görə, hamını danışıqlar masasına oturtmaq mümkün deyil.

“Ermənistan parlamentinin qərar qəbul etməsi lazımdır. Görürsən, parlamentin iclası hələ keçirilməyib. Çünki Paşinyanın “Mənim addımım” partiyası gəlmir. Və iclas açılmır. Yəni orada dəyirmi masa mümkün deyil. Ermənistan dünyanın, Qafqazın, Şərqin bütün hissələrinin zorla həll olunduğu hissəsində yerləşir”, – deyə Jirinovski izah edib.

Millət vəkili qeyd edib ki, ermənilərin özlərindən, əlbəttə ki, Rusiyaya qoşulmaq istəkləri barədə soruşulmalı və imtina etdikləri təqdirdə, artıq Ermənistana kömək etməyə lüzum yoxdur.

“İstəmirlərsə, qalsınlar. Ancaq oraya daha bir əsgər göndərməyəcəyik. Heç bir yardım göstərməyəcəyik. Amerikalıların isə kömək göstərməsi daha çətindir”, – deyə Vladimir Volfoviç öz sözünü yekunlaşdırıb.

LDPR sədri hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmazdır. Onun proqnozuna görə, yaxın günlərdə respublika sakinləri yeni bir siyasi rejim formatında oyanacaq.

Jirinovskinin fikrincə, Nikol Paşinyan tezliklə xaricə qaça bilər və ya Amerika səfirliyində “gizlənə” bilər.

“Dəyişiklik qaçılmazdır. Hakimiyyətə gələn şəxs isə rusiyapərəst olmayacaq. Hər halda NATO tərəfdarlarının da olduğunu gözləmirəm. Amerikayönlülər Paşinyan şəxsində bu gün iqtidardadırlar, – deyə rusiyalı siyasətçi əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəstə təcili yardım maşınında tibb işçisinə xəsarət yetirib
Hindistan və Pakistan Qırğızıstandakı vətəndaşlarına müraciət edir
Skadovska raket hücumu nəticəsində yaralıların  sayı 12-yə yüksəlib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub