Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48684
az

Azərbaycanlı qadından ərinə inanılmaz sürpriz - Foto

23:5114 Fevral, 2021
2467
DÜNYA
  • A

Azərbaycanda yaşayan və Türkiyənin Bursa şəhərində biznesi olan qadın əri üçün qədim Hun İmperatoru Atillanın taxtına bənzər taxt sifarişi verib. Taxt 3 aya yaxın davam edən iş nəticəsində hazır olub və görənləri heyrətləndirib.

Oxu24.com Virtualaz.org-a istinadən xəbər verir ki, taxtın bazar dəyəri 10 min dollar qiymətləndirilir, çəkisi isə 500 kiloqramdan çoxdur.

Bildirilir ki, həmin qadın Bursanın İnegöl rayonunda emalatxanası olan Metin Çiftçi ilə əlaqə yaradaraq ondan əri üçün taxt düzəltməyi istəyib və Atillanın taxtının fotosunu ona göndərib. Sifariş əsasında Hun imperatorluğunun hökmdarı Atillanın taxtından başlayaraq əvvəlcə araşdırma aparılıb. Qadının göndərdiyi foto əsasında araşdırma aparan taxta mebel ustası Metin Çiftçi işə başlayıb. Taxt tamamən gürgen ağacından, heç bir mexaniki dəzgahdan istifadə edilmədən əl əməyi hesabına aya başa gəlib. İşin hər mərhələsi tamamlandıqca usta fotolar çəkərək müştəriyə göndərib. İndi taxt hazırdır və usta onu sifarişçiyə təqdim etməyə hazırlaşır.

“İki yoldaş olaraq bu taxtı düzəltdik. Azərbaycandan bir müştərimiz istəyib. Atillanın taxtından çox təsirlənib, özü bizə Atillanın taxtının fotosunu göndərib bundan düzəltməyimizi istədi. Biz də baxdıq, düzəldə biləcəyimizi dedik, müxtəlif anlaşmalar əldə elədik. Sırf ağacdan, əl əməyi ilə, qısacası heç bir texnologiyanın roli olmadan düzəltdik. Təbii ki, iş görərkən tələsmədik, qurdun (Atillanın taxtı canavar formasındadır) zahirini, bütün görkəmini tam əks etdirməyə çalışdıq. Hesab edirəm ki, pis alınmadı, ortaya bu nəticə çıxdı. Bitirəndə həm müştərimiz, həm görənlər çox bəyəndi. Bu taxt əvvəlcə Bursaya, oradan Azərbaycana göndəriləcək. Qadın bunu əri üçün düzəltdirib. Ərinin xəbəri yoxdur bundan, ona sürpriz edəcək”, - usta deyib.

Beləliklə, indi ərini Atilla zənn edən azərbaycanlı biznesvümenin bu sifarişi artıq sürpriz sayılmaya da bilər, necə də olsa taxtın barəsində xəbər artıq yayıldı və onun görüntüləri ictimailəşdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı