Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
471
az

Türkiyə nəhəngi “azərbaycanlı” futbolçuya görə şikayət etdi

19:1910 Aprel, 2018
1092
DÜNYA
  • A
 Türkiyə Superliqasının XXVIII turunda “Gənclərbirliyi”nə (0:1) məğlub olaraq liderliyi əldən verən “Qalatasaray” bunun günahını hakimdə görüb.  Oxu24.com un Apasport.aza istinadən məlumatına görə, “sarı-qırmızılılar” qarşılaşmanın baş hakimi Cüneyt Çakırın rəqib oyunçularına güzəşt etdiyini düşünürlər.
 
Xüsusən də, matçın 6-cı dəqiqəsində Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın hərəkəti “cim-bom” rəhbərliyini qəzəbləndirib. Belə ki, top uğrunda hava mübarizəsi zamanı İstanbul nəhənginin müdafiəçisi Maykonun üzərinə tullanan Yılmaz dirsəyi ilə onun sifətinə zərbə vurub.
 
“Qalatasaray” rəhbərliyi Çakırın həmin epizodda “davam” qərarı verməklə matçın nəticəsinə təsir etdiyini düşünür. Onların iddiasına görə, bu hərəkət qırmızı vərəqəlik idi və Çakır doğru qərar qəbul etsəydi, “Qalatasaray” qələbə qazanacaqdı. FİFA dərəcəli referidən narazı qalan qonaq komanda, xüsusən də, 6-cı dəqiqə baş verən epizoda görə, Türkiyə Futbol Federasiyasına şikayət edib.
 
Epizodla bağlı fikirlərini bildirən futbol şərhçisi Rıdvan Dilmən isə həmin epizodda hakimin yığmamızın milliləşən forvardını bağışladığını söyləyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur şahmatçı qazandığından çox vergi ödədi
Messiyə mum heykəl qoydular - VİDEO - FOTO
Vinisius ən yaxşı seçildi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu