Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4435
az

Yazıçı Mark Tvendən 13 səmimi sitat

23:1411 Avqust, 2018
1136
DÜNYA
  • A
Əsl adı Samuel Clemens olan Mark Tven 1835-1910-cu illərdə yaşamış Amerika ədəbiyyatının ən tanınmış yazıçılarından biridir. 17 yaşına qədər qəzetdə işləmiş və daha sonralar ani bir qərarla gəmidə işləməyə başlamışdır.

Oxu24.com bildirir ki, 1861-ci ildəki ABŞ vətəndaş müharibəsinə qatılmış, sonra da qızıl axtaranlara qoşulub qənimət arxasınca getmiş Mark Tven macəra dolu bir həyata sahib idi.

"Tom Soyerin macəraları" , "Haklberri Finin sərgüzəştləri", "Missisipidə keçən həyat" kimi əsərlərin sahibi Mark Tven təcrübə dolu həyatı boyunca dediyi 13 sitata göz ataq.

1) "Yaxşı dostlar, yaxşı kitablar, hüzurlu bir vicdan: bax ideal həyat budur".

2) "Xəyallarınızı lağa qoyanlardan uzaq durun! Daxili dünyası kiçik olan insanlar başqalarını da daraltmaq və kiçiltmək istəyərlər".

3) "Bəzi insanlar o işin imkansız olduğunu bilmədikləri üçün bacardılar".

4) "Kədər öz-özünə keçər; amma xoşbəxtliyin tam zövqünü çıxartmaq üçün onu paylaşacağınız bir nəfərin olması lazımdır".

5) "Həyat qısadır. Qaydaları yıx. Bağışla. Qəhqəhə ilə gül. Səni gülümsədən şeylərdən əsla peşman olma".

6) "Heç kim baxmırmış kimi rəqs et, heç inciməmiş kimi sev, heç kimsə eşitmirmiş kimi mahnı oxu, dünya cənnətmiş kimi yaşa".

7) "Həmişə doğrunu denən, nə dediyini xatırlamaq məcburiyyətində qalmarsan".

8) "Həyat necədir, bilirsiniz? Üçdə biri gözəl keçən vaxtlar, geri qalanı da o gözəl vaxtları xatırlamaqdır".

9) "Heç bir vaxt məktəbin təhsil almağımın qarşısını almasına imkan vermədim".

10) "Hər günə həyatının ən gözəl günü olması üçün şans ver".

11) "Cəsarət qorxunun yoxluğu deyil, qorxuya dirənmək və qorxuya hökm etməkdir".

12) "Ətrafında çox insanın olması önəmli deyil, ətrafında az insan olsun kifayətdir".

13) "Yaxşı kitablar oxumayan bir nəfər ilə oxuma-yazma bilməyən biri arasında heç bir fərq yoxdur". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Terrorçular  hərbçilərə hücum ediblər
Qorbaçov xəstəxanaya yerləşdirilib
ABŞ qadağan olunmuş raketlərin istehsalına başladı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü