Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41868
az

SON DƏQİQƏ! Putin hərbi əməliyyatlar zamanı ölənlərin sayın açıqladı

22:1217 Noyabr, 2020
92524
DÜNYA
  • A

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda görülən əsas işin qan tökülməsinin dayandırılması olduğunu söyləyib.

Oxu24.com  bildirir ki, xəbəri RİA Novosti yayıb.

“Dağlıq Qarabağda minlərlə öldürülmüş və zərər çəkmiş var— bu kino deyil, faciədir, hansı ki, konkret insanlarla bağlı baş verib, buna görə əldə olunmuş razılığın əsas nəticəsi qan tökülməsinin dayandırılmasıdır”, – deyə Rusiya Prezidenti qeyd edib.

“Rəsmi rəqəmlərə görə dörd mindən çox insan ölüb – düşünürəm ki, əslində daha çoxdur. On minlərlə insan yaralanıb, şikəst olub. Qulaq asın, bu kino deyil, həyatda, konkret insanlarla, xüsusi ailələrlə baş verən faciədir. Bu səbəbdən qan tökülməsinin dayandırılması əsas nəticədir”, – deyə Putin “Rossiya 24 ”telekanalının efirində, Qarabağla bağlı razılaşmalara toxunarkən bildirib.

“Edə bildiyimiz ən vacib şey qan tökülməsini dayandırmaq oldu“, – Putin vurğulayıb.

V.Putin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağdakı hərbi əməliyyatları dayandırmağa, qaçqınların Şuşaya qayıtması şərti ilə, inandırdığını, ancaq Ermənistanın buna qarşı olduğunu bildirib.

Rusiya Prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolundan da danışıb: “Qarabağ məsələsində Türkiyəyə hər cür qiymət verə bilərsiniz, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz”.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Keçmiş məhkum quldurluq etdi