Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41733
az

Hər şeyə hazıram, amma bir şərtim var... - Paşinyan AÇIQLADI

12:3016 Noyabr, 2020
975
  • A

“Mən xalq məhkəməsi qarşısına çıxmağa hazıram. Amma bir şərtim var”.

Oxu24.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Paşinyan şərtini açıqlayıb: “İctimai və siyasi qüvvələrlə dürüst və səmimi dialoq şərti ilə səhvlərimə görə cavab verməyə hazıram. Amma əvvəlki hökumətin nümayəndələrindən Qarabağla bağlı danışıqları ərazi güzəştlərinə gətirib çıxarmadıqlarına görə cavab vermələrini tələb edirəm”.

Paşinyan bildirib ki, mövcud vəziyyətdən məsul olan və ölkə başçısı olaraq xalqın qarşısına çıxmalı olan məhz odur: “Bununla birlikdə, lazımi nəticələr çıxarmaq üçün ictimaiyyət bütün detallardan xəbərdar olmalıdır. 2018-ci ilin mayında hakimiyyətə gələndə danışıqlar prosesi geridönüş nöqtəsində idi. Danışıqlar prosesi ərazi güzəştlərinin status zəmanəti olmadan cizgilərini açıq şəkildə göstərdi. Yəni başqa sözlə, “heç bir şey əvəzinə ərazilər” şərti masada idi. O zaman da əvvəlki hökumətin nümayəndələri mənim Qarabağı təslim etməyə gəldiyimi iddia etdilər”.

Ermənistanın baş naziri qeyd edib ki, bu şərti dəyişdirməyə çalışsa da, heç nəyə müvəffəq ola bilməyib: “Ərazilərin təslim edilməsi barədə bir fikir birliyi artıq bütün beynəlxalq ictimaiyyətdə formalaşdı. Bu konsensusu dəyişə bilmədik. Bəlkə vəziyyəti səhv qiymətləndirdik. Ancaq nə edə bildik?”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Atasının çıxışı unuduldu, hamı oğluna baxdı - Video
Özcan Deniz Bakıya gəlir

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda 3 kuryerdən 11 kq heroin, marixuana və metamfetamin aşkarlandı - VİDEO