Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41537
az

Erməni terrorçuları Kəlbəcərə gedirlər - FOTO

23:5713 Noyabr, 2020
627
DÜNYA
  • A

Ermənistanın "Sasna Tsrer" terror təşkilatının lideri Jirayr Səfilyan Kəlbəcər rayonunun Azərbaycana verilməsini pozmaq məqsədilə təxribat hazırladıqlarını bəyan edib.

Oxu24.com virtualaz.org-a istinadən xatırladır ki, Qarabağla bağlı əldə edilmiş razılaşmalara əsasən, ermənilər noyabrın 15-dək Kəlbəcər rayonunun ərazisini tamamilə tərk edərək onu Azərbaycanın nəzarətinə verməlidirlər.

Rayonun Azərbaycanın nəzarətinə verilməsinə bir neçə saat qalmış "Sasna Tsrer" qruplaşması Kəlbəcərə kütləvi avtoyürüş təşkil etməyə çağırıb.

Avtoyürüş noyabrın 14-ü səhərə təyin edilib və onun haqqında məlumatlar sosial şəbəkələrdə fəal şəkildə yayılır. İstisna deyil ki, avtoyürüş bəhanəsi ilə təşkilat üzvləri Rusiyanın sülhməramlılarına və Azərbaycan hərbçilərinə qarşı təxribatlar, terror aktları hazırlayırlar.

Onu da xatırladaq ki, "Sasna Tsrer" silahlı qruplaşması 17 iyul 2016-cı il tarixində Yerevanın post-patrul xidməti alayının binasını ələ keçirmiş, girov götürmüş və prezident Serj Sarqsyanın istefasını tələb etmişdi.

Bütün yaraqlılar terror aktından iki həftə sonra hakimiyyətə təslim oldular. Lakin N. Paşinyanın hakimiyyətə gəlişi ilə alayın silahlı işğalında iştirak edən bütün terrorçular həbsdən azad olundular. "Sasna Tsrer" silahlı qruplaşması isə siyasi partiya kimi qeydə alındı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransa Yeni Kaledoniya üzərində nəzarəti itirir
Fransa prokurorluğu Yeni Kaledoniyada iğtişaşlarla bağlı istintaqa başlayıb
Rusiya  Gürcüstanda baş verənlərə münasibət bildirib

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib