KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
881
01.11.2020, 00:24
Prezident Vladimir Putin Federasiya Şurasının formalaşmasına dair qanun layihəsini parlamentə təqdim göndərib. Bu barədə Rusiya KİV-ləri yazıb.
Sənədə əsasən, layihə təsdiqlənəcəyi halda, dövlət başçısı bəzi senatorları ömürlük təyin etmək hüququ qazanacaq. Senatorlar arasında prezident tərəfindən təyin olunanları sayı 30-dan çox olmayacaq, amma dövlət başçısı onlardan 7-nə ömürlük senator status vermək səlahiyyətinə malikdir. Bu təyinatda həmin şəxslərin dövlət qarşısında xidmətiləri nəzərə alınacaq. Eyni zamanda, keçmiş prezidentin səlahiyyətlərinə xitam verildiyi tarixdən etibarən üç ay ərzində ərizə təqdim edəcəyi təqdirdə o da ömürlük senator ola biləcək.
Yada salaq ki, Rusiya Federasiya Şurasında belə bir dəyişiklik olacağı ilə bağlı ilk dəfə ötən ay “Sobesednik” nəşri yazmışdı.
Nəşrin iddiasında bildirilidiyinə görə, Kreml bu ilin sonuna qədər Rusiya parlamentinin yuxarı palatasının-Federasiya Şurasının tərkibini əsaslı şəkildə dəyişdirmək niyyətindədir. Ən maraqlı məqam isə Rusiyanın xarici işlər naziri ilə bağlı idi. Belə ki, nəşr yazırdı ki, Sergey Lavrova Federsiya Şurasında ömürlük senator vəzifəsi təklif edilir. Lavrovla bərabər, XİN sözçüsü Mariya Zaxarovanın da işdən gedəcəyi və sonuncuya Dövlət Dumasında iş veriləcəyi bildirilirdi.
Maraqlıdır ki, Lavrov və Zaxarovanın Xarici İşlər Nazirliyindən istefaya göndərilməsi yüksək vəzifələrini itirməsi kimi deyil, ölkə parlamenti çərçivəsində işlərin yenidən qurulmasında yeni görəv verilməsi kimi qiymətləndirilirdi. Ekspertlər deyir ki, Kreml hər iki parlament palatasının və Dövlət Şurasının əlaqələndirməsinin gücləndirilməsini istəyir. Üstəlik, Dövlət Duması və Federasiya Şurasının Nazirlər Kabineti üzərində nəzarəti gücləndiriləcək, hökumət üzvlərinin təsdiqində aparıcı rol alacaq. Yaradılan Dövlət Şurası isə bütün dövlət idarəetmə sisteminin moderatoru funksiyasını öz üzərinə götürəcək, eyni zamanda bütün hakimiyyət qolları üzərində nəzarət edəcək.
Sergey Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.
1972-ci ildə institutu bitirən Lavrov 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyib. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub. Bu postda isə 10 il çalışıb. 2004-cü il fevralından Rusiyanın xarici işlər naziridir.
Mariya Zaxarovaya gəlincə, Serbiya prezidenti ilə bağlı məlum qalmaqallı statusundan sonra onun XİN-dən uzaqqlaşdırılacağı iddia olunurdu. Bildirilirdi ki,uzun illərdir Çinə səfir getməyi arzu edən Zaxarovanın məlum qalmaqaldan sonra bu arzusunun üstünə xətt çəkilib.
Göründüyü kimi, təxminən ayyarım əvvəl yazılmış iddia gerçəkləşməkdədir. Rusiya dövlət başçısının məlum qanun layihəsi Lavrovla bağlı xəbərlərin də gerçəkləşəcəyini göstərir.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.