Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40089
az

Nürnberqdə “Erməni terroruna yox” şüarı ilə yürüş-mitinqi keçirilib

18:1612 Oktyabr, 2020
429
DÜNYA
  • A

Almaniyada yaşayan həmvətənlərimiz erməni terroruna yox demək, eyni zamanda Azərbaycan Ordusuna dəstək məqsədi ilə yürüş-mitinqlərini davam etdirir. “Report”un Avropa bürosunun məlumatına görə, şəhər rəhbərliyi ilə razılaşdırımış növbəti mitinq Bavariya əyalətinin Nürnberq şəhərində keçirilib.

Almaniyanın müxtəlif əyalətlərindən yürüşə qatılmaq üçün gələn həmvətənlərimiz əllərində bayraqlar, şüarlar, yazılı plakatlarla mitinq üçün təyin olunan meydana toplaşıblar. Almaniyada fəaliyyət göstərən Türkiyə dərnəklərinin də dəstək verdiyi mitinqdə Gəncə terroru haqqında almanca və ingiliscə məlumat verilib. 

Daha sonra bir neçə dildə “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar Azərbaycan, alman və ingilis dillərində səsləndirilib. İştirakçılar polisin müşayiəti ilə mərkəzi küçələr boyunca hərəkət ediblər.

Yürüş əvvəlki toplanış məntəqəsində çıxışlarla davam edib.

Çıxışçılar son günlər Ermənistan ordusunun Azərbaycanın mülki obyektlərini hədəf alan terror aktarı barədə məlumat veriblər. 

Onlar bildiriblər ki, ermənilərin dinc azərbaycanlılara qarşı həyata keçirdikləri terror aktları cavabsız qalmayacaq, bütün Avropa erməni terror və təxribatları barədə məlumatlandırılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub