Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli Böyükşəhər Bələdiyyə sədri Osman Zolanın qızının nikah mərasimində iştirak edib.
“Oxu24.com” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Əsra Zolan və Abdullah Tok cütlüyünün nikahına şahidlik edib.
Mərasimdə İqtisadiyyat naziri Nihad Zeybəkçi, Gənclik və İdman naziri Osman Aşkın Bak və Daxili İşlər naziri Süleyman Soylu da iştirak edib.
Nikah mətbuata qapalı keçirilib.
Qeyd edək ki, Türkiyə prezidenti bundan öncə futbolçu Arda Turanın nikah mərasimində şahid olmuşdu. Oxu24.com
ŞƏRHLƏR