Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32966
az

Ukraynada həkim çatımazlığı yaşanır

21:4411 İyun, 2020
544
  • A

Koronavirus pandemiyası şəraitində Ukraynada həkim çatışmazlığı müşahidə edilir. Xüsusən epidemioloq çatışmazlığı 48 faiz, həkim-laborantların, həkim-gigiyenistlərin çatışmazlığı 51 faiz, virusoloqların çatışmazlığı isə 41 faiz təşkil edir.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bu rəqəmləri brifinqdə səsləndirib.

Onun sözlərinə görə, koronavirus xəstəliyi ilə qarşılaşan Ukrayna hökuməti başa düşüb ki, vəziyyəti dərhal düzəltmək lazımdır. Hökumətin işləyib hazırladığı bir neçə mexanizmə müvafiq olaraq, ölkədə COVID-19-la bağlı vəziyyət sabitləşməli, xüsusən də həkimlər Ukraynanın hazırda ehtiyac duyduğu sahələr üzrə ixtisaslaşmalıdırlar.

Nazirin sözlərinə görə, bu vəziyyət son illər belə mütəxəssislərin hazırlığına lazımi diqqətin göstərilməməsi ilə bağlıdır.

Qeyd edək ki, Ukraynada koronavirusa yoluxması laboratoriya şəraitində təsdiqlənən 28381 hal müşahidə olunub. Son sutka ərzində 525 yoluxma halı qeydə alınıb. Bu xəstəlikdən sağalananların sayı 12769-a, ölənlərin sayı isə 833 nəfərə çatıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı