Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30797
az

Çindən ABŞ hücumlarına qarşı NÜVƏ HƏMLƏSİ: 1000-ə qədər raket...

16:4709 May, 2020
825
DÜNYA
  • A

ABŞ və Çin arasında koronavirus pandemiyasının yayılması ilə bağlı gərginliyin davam etdiyi, Prezident Donald Tramp başda olmaqla yüksək amerikalı rəsmilərin virusun yayılmasına görə Pekini hədəfə aldığı vaxtda Çin “hərbi arsenalı gücləndirməyin” vacibliyi haqda mesaj verir.

Publika.az xəbər verir ki, Çin Kommunist Partiyasının ingilis dilində yayımlanan rəsmi media orqanı “Qlobal Tayms”da “Çinin nüvə başlıqlarının sayını 1000-ə qaldırması lazımdır” başlıqlı məqalə dərc olunub.

Nəşrin baş redaktoru Hu Xijin imzası ilə yayımlanan məqalədə bildirilir ki, Pekin Vaşinqtonun siyasəti qarşısında nüvə strategiyasına üstünlük verməlidir.

Bu məqalənin Trampın koronavirus pandemiyasını Pearl Harbor və 11 sentyabr hadisələri ilə müqayisə etməsinin dərhal ardınca yayımlanması diqqət çəkir.

Məqalədə qeyd olunur ki, nüvə başlıqlarının sayının artırılması məsələsinin müzakirəsinə zaman yoxdur, hər şey sürətlə həll olunmalıdır.

“Çin qısa zamanda sahib olduğu nüvə başlıqlarının və ballistik raketlərin sayını artırmalıdır. Böyük hərbi arsenala ehtiyac var”, - məqalədə bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəstə təcili yardım maşınında tibb işçisinə xəsarət yetirib
Hindistan və Pakistan Qırğızıstandakı vətəndaşlarına müraciət edir
Skadovska raket hücumu nəticəsində yaralıların  sayı 12-yə yüksəlib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub