Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29391
az

Qardaş Türkiyə koronavirusla  bacarmır: Say 100 minə çatdı

21:0222 Aprel, 2020
576
DÜNYA
  • A

"Türkiyədə son sutkada daha 117 nəfər pandemiyanın qurbanı olub”.

Oxu24.com -un  məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 376 nəfərə çatıb.

Nazir həmçinin daha 3 083 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 98 674-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 16 477 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 593 000-i ötüb. Bunların 710 451 nəfəri sağalıb, 181 083 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail mətbuatı: ABŞ və İran nümayəndələri Omanda “gizli” görüş keçiriblər
Çin nəşri Putinin Londona ultimatumundan danışıb
Zaxarova Yeni Kaledoniyadakı etirazlara münasibət bildirib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub