Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2871
az

İcra başçısı prokurorluğa çağırıldı -

09:5113 İyun, 2018
4581
DÜNYA
  • A
Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılıb.

Oxu24.com  xəbər verir ki, prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.

İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub.

T.Abazov öz növbəsində video-görüntülərdən xəbəri olmadığını bildirib.

E. Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib.

Qeyd edək ki, video-görüntülərlə bağlı məsələ Gürcüstan ictimaiyyətində son günlər ən çox müzakirə olunan mövzuya çevrilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı