Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
267
az

Kiçik günahlar da qeydə alınırmı? - Dini cavab

00:3805 Aprel, 2018
2211
DÜNYA
  • A
Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) belə dediyi eşitdim: "Kişinin fitnəsi (imtahanı) ailəsində, malında, övladında və qonşusundadır (İnsan bunlarla sınağa çəkilir). Namaz, oruc, sədəqə, yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək həmin günahların bağışlanmasına kəffarə olur". (əl-Buxari, 525; Muslim, 144; ət-Tirmizi, 2258; İbn Məcəh, 3955).

Oxu24.com  zikr.az-a istinadən bildirir ki, Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insanın duası cavabsız qalmaz: Ədalətli başçının duası, iftar edənə qədər oruclunun duası, və məzlumun duası. Onun duası buludların üstünə yüksəlir, səmanın qapıları onun üçün açılır, İzzət və Cəlal sahibi Rəbb belə deyir: İzzətimə and olsun ki, sənə kömək edəcəyəm". (ət-Tirmizi, 2526; İbn Hibban, 7387).

Uqbə ibn Amir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə rəvayət etmişdir: "Əgər bəndə günah üzərində davamlı ikən Uca Allahı ona onun istədiklərini verən görsən, bil ki, bu, istidracdır. Yəni, tədricən onu əzaba sürükləməkdir". Sonra bu ayəni oxudu: "Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar". (əl-Ənam, 44)". ("Silsilətus-Sahihə" əsəri, №: 413). İstidrac öz küfründə inadkarlıq edən kafirə aiddir.
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Uca Allah buyurur: "Mənim dərgahımda mömin qulum daima xeyir içindədir. Mən onun canını alarkən də o, Mənə həmd edir". (İmam Əhməd, 8136, 8473, 8492, 8716; "Səhihul-Camius-Sağir", №: 1910, 4318).

Şureyh (Allah ondan razı olsun) xəbər verir ki, mən bir səhabənin (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və slləm) belə rəvayət etdiyini eşitdim: "Uca Allah buyurur: "Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim". (İmam Əhməd, 15360, 15967, 16346; "Səhihul-Camius-Sağir", №: 4340; "Silsilətul-Əhadisis-Sahihə", №: 2287).

Əbu Hureyrə (Allah ondan razı olsun) nəql edir ki, Allah Elçsi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Allah məxluqatı ya­ratdığı zaman Öz yanında Ərşin üzərində yerləşən Kitabında Özünə aid be­lə yazmışdır: "Həqiqətən də, Mənim rəhmətim qəzəbimi üstələyir!" (əl-Bu­xari, 7404).

2. Ümumiyyətlə insanın böyük və kiçik günahları daxil olmaqla hər bir sözü və əməli mələklər tərəfindən qeydə alınır. Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ona belə tövsiyə etdiyini rəvayət etmişdir: "Ey Aişə, kiçik  günahlara qarşı diqqətli ol! Belə günahları qeydə almaq üçün Allahın xüsusi mələkləri vardır". (İbn Məcəh, 4243).
Həmçinin Uca Allah buyurur: "Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın". (Qaf, 17-18)."Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!" (əl-Kəhf, 49).
3. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Qu­lum günah iş görmək istəsə, o günahı edənədək bunu onun əleyhinə yaz­ma­yın. Əgər o günah etsə, ancaq onun mislində günah yazın, yox, əgər Mən­dən qorxaraq bu işdən əl çəkərsə, ona bir savab yazın. Və əgər bir yaxşı­lıq etmək istəsə və onu yerinə yetirməsə, buna  görə ona bir savab yazın, əgər onu ye­ri­nə yetirərsə, ona bunun on mislindən yeddi yüz qatınadək savab yazın". (əl-Buxari, 7501). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın ərini pişiyə görə məhkəməyə verdiö
Dünyanın ən yaşlı çöl quşu yumurtladı
İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu