Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25828
az

Rusiya və Türkiyə prezidentlərinin görüşü başladı 

15:4805 Mart, 2020
584
DÜNYA
  • A

"İdlibdə vəziyyət elə ağırlaşdığından bizim birbaşa müdaxilə etməyimizə ehtiyac yaranıb".

Oxu24.com  "Hürriyete" istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

“Son günlərdə İdlibdə bir sıra hadisələr baş verdi. Suriyada həyatını itirən hərbçilərinizə görə başsağlığı verirəm. Telefon danışığımızda ifadə etdiyim kimi heç kim orada Türkiyə hərbçisinin olduğunu bilmirdi. Suriya hərbçiləri arasında da itki olub. Bu hadisələri təkrarlanmaması və hər ikimizin də əhəmiyyət verdiyimiz əlaqələrə zərər verməmək üçün görüşməyimizə ehtiyac var. Bu məsələləri təkbətək müzakirəyə başlayaq. Daha sonra zalda olanlar da qoşula bilər”, - deyə Vladimir Putin bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab nitqində deyib: "Məlum bu görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiya ilə bağlı fəaliyətinizə görə görüşü burada gerçəkləşdiririk. İdliblə bağlı müzakirələr səbəbi ilə bir araya gəlməyimizin əhəmiyyəti böyükdür. Bölgədə sıxıntı böyüyür. Bu gün burada atacağımız addım, qəbul edəcəyimiz qərarlar, bölgəni də, ölkələrimizi də rahat edəcək. Türkiyə-Rusiya əlaqələrinin gərgin dönəmini yaşayırıq. İstər müdafiə sənayesi, istərsə də ticarət əlaqələrimizdə çox fərqli bir dövrü yaşayırıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan:
Ermənistanı QARIŞDIRACAQ AÇIQLAMA:
Gürcüstanın Baş naziri Türkiyəyə gedib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi