Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25691
az

II Elizabet koronavirusa görə mükafatları əlcəklə verdi

12:0004 Mart, 2020
313
DÜNYA
  • A

Böyük Britaniya Kraliçası II Elizabet ölkədə koronavirusa yoluxma sayının artması fonunda son onilliklər ərzində ilk dəfə ənənəvi mükafatları əlcəklə verib.

“Report” TASS-a istinadən xəbər verir, Bukingem Sarayında təşkil edilən mərasimin fotoları “Press Association” agentliyi tərəfindən paylaşılıb.

Fotolardan Kraliçanın uzun ağ əlcəklərdə aktrisa Uendi Kreyqin döşünə komandor xaçı "Britaniya İmperiyası" ordeni taxdığı görünür. Kraliçanın ofisindən bu qarderob predmetinin koronavirusa yoluxmama üçün ehtiyat tədbiri kimi istifadə edilib-edilmədiyi dəqiqləşdirilməyib.

Ancaq kral ailəsinin həyatından bəhs edən jurnalın baş redaktoru Co Litl bunu kraliçanın “ağıllı ehtiyat tədbiri” kimi qələmə verib. 

“Onun 94 yaşına çatmasına altı həftə qalıb. Kraliça insanların bu cür viruslara yoluxduğu yaşdadır. Kraliça mərasimi təxirə də sala bilərdi, amma o, bunu etmədi”, - agentlik baş redaktordan sitat gətirib.

Qeyd edək ki, Böyük Britaniyada indiyə qədər 51 koronavirusa yoluxma halı qeydə alınıb. Onların əksəriyyəti İngiltərədədir. Eyni zamanda Şimali İrlandiya, Uels və Şotlandiyada da yoluxma halları qeydə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XİN Braziliya və Əfqanıstana başsağlığı verdi
Rus səfir qəfil öldü

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı