Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24901
az

Qonşu ölkədə koronavirus dəhşəti: Ölənlərin sayı 9-a çatdı

21:4120 Fevral, 2020
607
  • A

Koronavirus yavaş-yavaş bizim ölkə üçün də təhlükəyə çerilməyə başlayır. İranda koronavirus dəhşəti yaşanır. Ölənlərin sayı 9-a çatıb.

Oxu24.com  xəbər verir ki, bu gün İranda 7 nəfər bu virusdan həyatını itirib. İran beynəlxalq televiziyası bu haqda məlumat yayıb. “Twitter”də ölənlərdən birinin xəstəxanada son dəqiqələri ilə bağlı video paylaşılır. Koronavirusun qurbanına çevrilən Hüseyn Molayenin böyük qardaşı deyir ki, virusa yoluxma küçədə baş verib. Hüseyn son vaxtlar ümumiyyətlə İranı tərk etməyib.

İran mediasında hökuməti tənqid edən yazılar peyda olub. Hökumət koronavirusla bağlı məlumatları gizlətməkdə ittiham edilir.

Günün ilk yarında rəsmi qurumlar daha 3 nəfərin virusa yoluxmasını etiraf etmişdilər. Həmiş şəxslərin Qum və Ərak şəhərlərində yaşadığı bildirilirdi. Koronavirusla mübarizə üçün xüsusi komissiya da yaradılıb.

Ümumilikdə dünyada bu virusa yoluxanların sayı 80 min nəfərə yaxınlaşır. Bu gün Çin hüdudlarından kənarda İrandan başqa daha bir ölkədə koronavirus qurbanı qeydə alınıb. Cənubi Koreyada virusun yaratdığı pnevmoniyadan ölən olduğu bildirilir. Ölənlərin ümumi sayı 2125 nəfərdir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ səfirliyinə hücumun təfərrüatları
Britaniya və Latviya Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələrin tədarükü üçün tenderlər açıb.
Ukrayna Moldova ilə sərhədi bağlaya bilər

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO