Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23390
az

Karantin elan edilən şəhərlərdən azərbaycanlıların çıxarılması ilə bağlı Çin hökuməti ilə danışıq aparılır

18:1326 Yanvar, 2020
388
  • A

Çin Xalq Respublikası Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin  bu günə olan məlumatına görə, koronavirusa yoluxanların sayı 2002 nəfərə çatıb.  

Qeyd edilir ki, yeni xəstəlik həmçinin 56 nəfərin həyatına son qoyub.  

Yayılan təhlükə nəticəsində ölkənin Hubey vilayətinin on üç şəhərində karantin elan edilib. Karantin elan edilən ərazilərdə azərbaycanlı tələbələr də var və onlar ölkəyə qayıda bilmirlər. 

Hazırkı vəziyyətlə bağlı Modern.az-a danışan Çinin karantin elan edilmiş Vuhan şəhərində yaşayan doktorantura tələbəsi Leyla Quliyeva bu gün də eyni durumun hökm sürdüyünü söyləyib: 

“Evdə oturmuşuq. Küçəyə çıxa bilmirik. Heç bir məlumat yoxdur. Universitetdəki tələbələr də eynilə kampus ərazisində gözləyirlər. Vəziyyət stabildir. Azərbaycanın Çindəki səfirliyi bizim və digər azərbaycanlıların ərazidən çıxarılması ilə bağlı Çin hökuməti ilə danışıqlar aparır. Bu təkcə bizə xas olan məsələ deyil. Burada yaşayan başqa ölkələrin vətəndaşları da var ki, çıxmaq üçün öz səfirlikləri ilə əlaqə saxlayıblar. Çin tərəfi nəinki Azərbaycan səfirliyinə, bütün digər səfirliklərə təxliyyə məsələsi ilə bağlı neqativ cavab verir. Rəsmi proseslər davam edir”. 

Həmyerlimiz karantin elan edilən bölgələrdəki digər azərbaycanlılarla əlaqə saxladıqlarını da vurğulayıb: 

“Digər həmyerlilərimizdə də əlaqə saxlayırıq. Çoxu kampusdadırlar, yaxşıdırlar. Hələ ki, hər şey qaydasındadır. Hamımız Azərbaycana göndəriləcəyimiz xəbərini gözləyirik”. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı