Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2338
az

Marsda yadplanetlilərin yaşaması üçün ideal yer aşkar edildi

12:0629 May, 2018
946
DÜNYA
  • A
 Edinburq Universitetindən olan astrobioloq Şon MakMexonun rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu iddia edib ki, Marsda qurumuş göllər yaxınlığındakı ərazinin dəmirlə zəngin olması milyard il əvvəl yaşamış mikroorqanizmlərin izlərinin araşdırılması üçün əlverişli yerdir.

Oxu24.com “Science Alert” nəşrinə istinadla xəbər verir ki, mütəxəssislərin məqaləsi “Journal of Geophysical Research: Planets” jurnalında yayımlanıb.

Hazırda Marsın yaşayış üçün yararlı olması ilə bağlı sübut olmasa da, məlumdur ki, nə vaxtsa burada həyat şərtləri üçün əlverişli mühit olub. Aparılan müşahidələr onu göstərir ki, burada qurumuş su hövzələri və çay yataqları var.

Burada su 4100-3500 milyon il bundan əvvəl mövcud olub.

Mütəxəssislər Marsda mikroorqanizmlərin araşdırılması üçün əlverişli yerləri müəyyən ediblər. Bunlardan biri dəmirlə zəngin qurumuş göl yataqlarıdır. Digəri isə hələlik təsdiq olunmamış qaynar mənbələrdir.

2020-ci ildə NASA “Mars Exploration Program” uzunmüddətli proqramı çərçivəsində “Mars 2020” missiyasını buraxacaq.   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

6 yaşlı qız yeganə qəribə genlə doğulub
Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü