Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər

XƏBƏR LENTİ

18 May 2024
Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunu qazandı
Sankt-Peterburqun Primorski rayonunda sənaye müəssisəsi yanır
Hindistanda
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
Polşa ölkənin şərq sərhədlərini gücləndirməyi planlaşdırır
Ralli maşını izdihamlı tamaşaçıların üzərinə uçub
İsrail mətbuatı: ABŞ və İran nümayəndələri Omanda “gizli” görüş keçiriblər
Çin nəşri Putinin Londona ultimatumundan danışıb
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub
Zaxarova Yeni Kaledoniyadakı etirazlara münasibət bildirib
BÜTÜN XƏBƏRLƏR
22606
az

İranın yeganə olimpiya medalçısı Avropaya sığındı

19:0812 Yanvar, 2020
538
DÜNYA
  • A

İranın yeganə qadın olimpiya mükafatçısı Kimya Əlizadə ölkəsini tərk etdiyini və Avropaya sığındığını bəyan edib.

"İcazə verin başsağlığı ilə başlayım", deyən 21 yaşlı qız "İnstaqram" postunda verdiyi qərarın səbəbini izah edib: "Mən İranda zülmə məruz qalan milyonlarla məzlum qadınlardan biriyəm. Onlar nə vaxtdır ki, bizim taleyimizlə oynayırlar". "CNN"in xəbərində belə deyilir.

Kimya Əlizadə 2016-cı il Rio Olimpiadasında 57 kq. çəki dərəcəsində taekvondo üzrə bürünc medala sahib olub.

İranda "zəlzələ (sunami) " ləqəbi ilə tanınan Kimya xanım doğma ölkəsini Tehrandakı rejimə müxalif olduğuna görə tərk etdiyini açıqlayıb.

"Məni istədikləri yerə apardılar. Nə deyirdilər, onu geyirdim. Bizləri istismar etdirdilər", deyə idmançı xanım yazır.

"Mən onlar üçün vacib deyildim. Heç birimiz onlar üçün əhəmiyyət kəsb etmirdik, biz onlar üçün alət idik". Kimya Əlizadə vurğulayır ki, molla rejimi medallarını bəyənsə də, seçdiyi idman növünü tənqid edirmiş: "Qadının fəziləti ayaqlarını uzatmaq (şpaqat) deyil! "

Bu barədə ilk xəbər cümə axşamı ortaya çıxıb, bəzi iranlılar onun hazırda Niderlanda olduğunu söyləyir. Ancaq idmançının hansı ölkədə olması bəlli deyil.

Cümə günü İran Taekvondo Federasiyasının rəhbəri Seyid Məhəmməd Pouladgar bildirib ki, Kimya Əlizadənin atası və məşqçisinə tətilə getdiyini deyib və tətil xərclərinin İran hökuməti tərəfindən ödənildiyini iddia edib. O, "xarici mediada yayılan siyasi motivli şayiələri" rədd edib.

Kimya Əlizadə şənbə günü yayılan şayiələri təsdiqləyərək, "riyakarlıq, yalan, haqsızlıq və yaltaqlıq masasında oturmaq fikrində olmadığını" və rejimin "korrupsiya və yalanlarında" iştirak etmək istəmədiyini söyləyib.

"Narahat ruhum sizin çirkli iqtisadi əlaqələrinizə və sıx siyasi lobbi xidmətlərinə uyğun gəlmir. Tək istədiyim şey taekvondo ilə məşğul olmaqdır. Təhlükəsiz və xoşbəxt və sağlam bir həyat istəyirəm". O, Avropaya dəvət olunmadığını da vurğulayıb.

O, bu qərarın olimpiya qızıl medalı qazanmaqdan daha çətin olduğunu söyləyib: "Mən harada olsam da, İranın qızı olaraq qalıram".

ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus Kimya Əlizadənin Avropaya sığınmasına belə münasibət bildirib: "İran qadınlara güc və dəstək verməyi öyrənməyincə daha güclü qadınları itirəcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO
Rusiyada zəlzələ oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub