Qaynar xətt:

(+99450) 247 90 86

Təhqir olunan qız arıqladı, dəyişdi - FOTO

2018-05/1527176010_goma.jpg

DÜNYA

1784

24.05.2018, 19:34

\"\" İngiltərənin Esseks qraflığının sakini, 23 yaşlı Keti Uebberin çəkisi 116,57 kq idi. İzafi çəkidən əziyyət çəkən, hər dəfə sosial şəbəkələrdə fotolarını paylaşanda lağlağı obyektinə dönən, aşağılanan Keti sonucda arıqlamaq qərarına gəlmişdi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sağlam qida rasionu və idman sayəsində Keti 44,4 kq arıqlayıb. \"Əvvəllər mənə \"donuz\", \"hipopotam\" deyirdilər. Ağlayırdım, utanırdım. Belə həyata son qoymağa qərar verdim. İnadla məşqlər etdim, rasionumdakı fast-fudu və qazlı içkilərdən imtina etdim. İndi həyatım dəyişib\", - Keti Uebber söyləyib. Hazırda həftədə üç dəfə məşq edən Keti təbii meyvə şirələrinə üstünlük verir. O, daha da arıqlayacağını deyib.