Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 Dekabr 2017-ci il tarixində, Londonda təşkil olunan moda mükafatlandırma mərasimində iştirak etmək istəyən Hadisə yaxın dostu və təşkilatçı Jasmin Sadıkoğlu tərəfindən aldadılıb. Məlum olub ki, rəfiqəsi müğənniyə 1,500 funtluq bileti 5 min funt-sterlinqə (təxminən 15 min manat) satıb. Hadisə aldadıldığını Londondan qayıtdıqdan sonra öyrənib. Müğənni rəfiqəsindən qəbz istəsə də, Sadıkoğlu verməyib. Bundan sonra Hadisə rəfiqəsini məhkəməyə verib.
Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı iddia edilən "La Plaj” çimərliyi bu yaxınlarda dağıdılaraq əlindən alınıb. "La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış. 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib.
Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan "La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb. İrəli sürülən fikirlərə görə, "La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə "La Plaj” deyil. Onun burada 5 ulduzlu bir neçə hotelinin olduğu deyilir. Oxu24.com
ŞƏRHLƏR