Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
178
az

Türkiyədə sevgilisini bıçaqlayan Ayselin məhkəməsi başladı

17:3802 Aprel, 2018
1272
DÜNYA
  • A
 ürkiyənin Konya şəhərində sevgilisini 7 bıçaq zərbəsi ilə qətlə yetirən azərbaycanlı Aysel.E-nin məhkəməsi başlayıb.

“Oxu24.com xəbər verir ki, prosesdə ifadə verən Aysel özünü müdafiə edərək sevgilisini 6 aylıq körpəsini boğub öldürdüyü üçün bıçaqladığını deyib.

Şahidlərin ifadəsi alındıqdan sonra məhkəmə iclası təxirə salınıb.

Xatırladaq ki, hadisə keçən il dekabrın 1-də azərbaycanlı qadının 9 aylıq körpəsini xəstəxanaya aparması ilə başlayıb. Belə ki, xəstəxanada həkimlər körpədə boğulma əlamətləri aşkar edib. Daha sonra həkimlər anaya uşağın beyninə oksigen getmədiyi üçün kritik vəziyyətə düşdüyünü deyib.

Bundan sonra Aysel küçəyə çıxaraq, avtomobildə Ümid Gökerlə mübahisə etməyə başlayıb. Mübahisə zamanı qadın çantasından bıçağı çıxararaq onu vurmaq istəyib. Ümid Göker bunu görərək, maşından düşüb və qaçmağa başlayıb. Lakin qadın onu 50 metrə yaxın qovaladıqdan sonra yaxalayıb və bıçaqla 7 zərbə endirib. Göker aldığı xəsarətlərdən ölüb. Polis qısa vaxt ərzində azərbaycanlı qadını saxlayıb. Qadın jurnalistlərin “niyə öldürdün?” sualına cavab olaraq deyib ki, sevgilisi onun körpəsinin ağzına yastıq basaraq öldürməyə çalışıb: “Həkimlər dedilər ki, uşaq boğulub, nəticədə beyninə oksigen getməyib. Bu səbəbdən öldürdüm, peşmanam”.

Qeyd edək ki, Aysel bundan əvvəl evli olub və həmin evlilikdən uşağı dünyaya gəlib. Daha sonra ərindən boşanaraq, Ümid Gökerlə birgə yaşamağa başlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu