İran mediası: Tehran Vensin sülh danışıqlarının bərpasına çağırış məktubuna cavab verməyib
29 Oktyabr 2026, 21:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
87
29.10.2026, 21:02
Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb.
Oxu24.com Globalinfo.az-a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb.
Q.Türkmən gördüklərini “Azərbaycanın dövlət refleksi” adlandırıb:
“2007-ci ildə Milli Təhlükəsizlik Akademiyasının tədris proqramı çərçivəsində Azərbaycana rəsmi səfər təşkil edilmişdi. Səfərdə Türkiyə Hərbi Akademiyalarının komandan müavini də iştirak edirdi. Deyəsən, general-leytenant idi. Bakıda hava limanında bizi çox yüksək səviyyədə, xüsusi protokolla qarşıladılar.
Proqram çərçivəsində Azərbaycanın müdafiə nazirinin müavini brifinq keçirdi. O, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri və Qarabağ problemi barədə danışdı. Bizim general BTC-dəki Britaniya payını nəzərdə tutaraq “Qarabağ problemini də artıq ingilislər həll edər” dedi.
İçimdən “Eyvah!” dedim. Azərbaycan nümayəndə heyəti həmin an heç bir reaksiya vermədi. Ancaq axşam yeməyinə az sayda nümayəndə qatıldı. Bizim general isə əsəbini gənc yoldaşımızı zorla şərab içməyə məcbur etməklə çıxmağa çalışdı. Bundan sonra Azərbaycan tərəfi bizə göstərdiyi diqqəti azaltdı, səfərin sonunda isə bizi soyuq yola saldılar”.
Türkiyəli yazar bu hadisəni xatırladaraq, azərbaycanlıların ölkələrinə yönələn müdaxilələrə qarşı son dərəcə həssas olduqlarını vurğulayıb.
Qeyd edək ki, 1 fevral 2007-ci ildə Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Türkiyə Hərbi Akademiyalarının komandan müavini, korpus generalı Səlahəttin Uğurlunu və nümayəndə heyətini qəbul edib. Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Seyhan Ceyhan da iştirak edib. Çox güman edilir ki, Q.Türkmənin haqqında bəhs etdiyi türkiyəli general Səlahəttin Uğurludur.
21:48 / 29 Oktyabr 2026
1
21:45 / 29 Oktyabr 2026
86
21:42 / 29 Oktyabr 2026
31
21:33 / 29 Oktyabr 2026
31
21:31 / 29 Oktyabr 2026
47
21:27 / 29 Oktyabr 2026
37
21:24 / 29 Oktyabr 2026
62
21:18 / 29 Oktyabr 2026
50
21:04 / 29 Oktyabr 2026
70
20:49 / 29 Oktyabr 2026
125
20:41 / 29 Oktyabr 2026
102
20:37 / 29 Oktyabr 2026
909
20:23 / 29 Oktyabr 2026
134
20:17 / 29 Oktyabr 2026
91
19:58 / 29 Oktyabr 2026
279
19:31 / 29 Oktyabr 2026
107
19:19 / 29 Oktyabr 2026
181
19:11 / 29 Oktyabr 2026
112
19:02 / 29 Oktyabr 2026
332
18:46 / 29 Oktyabr 2026
225
18:39 / 29 Oktyabr 2026
159
18:32 / 29 Oktyabr 2026
125
18:21 / 29 Oktyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.