Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
336
28.10.2026, 10:26
Türkiyəli mərhum müğənni “Güllü”nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəmə və inzibati araşdırmalara başlanılıb.
Oxu24.com xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Gülterin keçmiş nişanlısı Kərvan Eminoğlu Yalova Baş Prokurorluğuna şikayət ərizəsi təqdim edib və iddialarla bağlı bəzi görüntüləri istintaqa verib.
Şikayətdə Gülterin bəzi xəstələrə yatırtmaq məqsədilə iynə vurduğu, xəstəxananın təmizlik işçilərinə xəstələr üzərində ürək-ağciyər reanimasiyasını (ürək masajı) necə həyata keçirməyi öyrətdiyi iddia olunur. Həmçinin reanimasiya şöbəsində müalicə alan xəstələrə qarşı qeyri-etik davranışlar sərgilədiyi və ölən bəzi xəstələrin ölüm vaxtlarını dəyişdirdiyi də irəli sürülüb.
Yalova Vilayət Səhiyyə İdarəsi məsələ ilə bağlı açıqlama yayaraq, özəl tibb müəssisəsinin keçmiş əməkdaşının fəaliyyəti barədə yayılan iddialar əsasında məhkəmə və inzibati araşdırmaların başladıldığını bildirib.
Qeyd edək ki, Tuğyan Ülkəm Gülter anası “Güllü”nün ölümü ilə bağlı iş üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Xəstəxanada baş verdiyi iddia olunan hadisələrlə bağlı araşdırmalar isə davam edir.
qafqazinfo
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.