Ebola bu ölkəyə də çatdı
21 Oktyabr 2026, 16:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
64
21.10.2026, 17:23
Avropada inqilabların əsas ünvanı-krallarıın sonunu gətirən Yelisey ətrafındakı üsyanlar yenidən baş qaldıraraq, ətraf coğrafiyalara yayılmaqda davam edir. Fransanın küçələrində genişlənən kütləvi etirazlar Emmanuel Makronun prezidentliyinin son mərhələsini ölkənin ən mürəkkəb siyasi dövrlərindən birinə çevirib. Parisdən Marselə, Liondan Bordoya qədər yayılan nümayişlər, polislə qarşıdurmalar, minlərlə saxlanılma və ictimai binalara hücumlar vətəndaşla hakimiyyət arasında illərlə yığılan narazılığın nəticəsidir. Ölkənin beynəlxalq gücü, iqtisadi imkanları və dövlət institutlarının tarixi nüfuzu ilə insanların gündəlik yaşayış problemləri arasında yaranmış məsafə böyüyür.
2026-cı ilin sentyabrında məktəblərdə müəllim çatışmazlığına, siniflərin həddindən artıq yüklənməsinə, təhsil müəssisələrinin yararsız vəziyyətinə və büdcə məhdudiyyətlərinə etiraz edən şagirdlərin başlatdığı aksiyalar qısa müddətdə ümummilli narazılıq hərəkatına çevrildi. Tələbələrə müəllimlər, valideynlər, həmkarlar ittifaqları, ictimai təşkilatlar və müxtəlif siyasi qruplar qoşuldular. Başlanğıcda təhsil sisteminin problemləri ilə məhdudlaşan tələblər getdikcə yaşayış bahalılığını, əməkhaqlarını, sosial təminatı və hakimiyyətin iqtisadi siyasətini də əhatə etməyə başladı. Oktyabrın 6-da Fransa Daxili İşlər Nazirliyinin hesablamasına görə, nümayişlərdə 266 min, təşkilatçıların məlumatına əsasən isə 450 min nəfər iştirak etdi. Oktyabrın 17-də ölkə üzrə 110-a yaxın yürüş keçirildi. Polis 550 min, təşkilatçılar isə 800 min iştirakçı bildirdilər.
Parisdə, Marseldə, Lionda, Bordoda və Limojda avtomobillər yandırıldı, mağazalar talan edildi, ictimai binalara hücumlar oldu. Limojun tarixi meriya binasında baş verən yanğın geniş əks-səda doğurdu. Oktyabrın 17-si və sonrakı hadisələr zamanı saxlanılanların sayı 2400-ü keçdi. Son etiraz dalğasının müxtəlif mərhələləri üzrə ümumi saxlanılma hallarının sayı isə 8 minə yaxınlaşdı.
Fransada baş verənlərin tarixi kökləri var. 2018-ci ilin noyabrında başlayan məşhur “sarı jiletlilər” hərəkatı ilə bugünkü aksiyalar arasında görünən fərqlərə baxmayaraq, onların sosial kökləri eynidir. O zaman yanacaq vergilərinin artırılması ilk etirazlara səbəb olmuşdu. Lakin avtomobillərində sarı təhlükəsizlik jileti gəzdirən insanların küçələrə çıxması iş yerinə çatmaq üçün hər gün şəxsi avtomobilindən istifadə edən, gəlirlərinin böyük hissəsini nəqliyyata və kommunal xərclərə sərf edən insanlar öz problemlərinin hakimiyyət tərəfindən kifayət qədər nəzərə alınmadığına etiraz edirdilər.
2018-ci il dekabrın 8-də Fransanın müxtəlif şəhərlərində təxminən 125 min nəfər nümayişə çıxmış, həmin gün 1700-dən çox insanın saxlanıldığı bildirilmişdi. Parisin mərkəzi küçələrində polis ilə qarşıdurmalar, yandırılan avtomobillər və dağıdılan mağazalar dünya mediasının əsas mövzusuna çevrilmişdi. 2023-cü ildə pensiya yaşının 62-dən 64-ə qaldırılması da təzədən küçə aksiyaları və fiziki toqquşmaları yenidən bərpa etdi.
Fransadakı ictimai narazılığın iqtisadi əsaslarını ölkənin rəsmi statistikası daha aydın göstərir. Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun – INSEE-nin 2026-cı ilin iyulunda açıqladığı məlumata görə, 2024-cü ildə ölkənin Avropa hissəsində adi yaşayış evlərində məskunlaşan 9,8 milyon insan yoxsulluq həddindən aşağı yaşayıb. Kasıblıq səviyyəsi 15,4 faizə çatıb və rəqəmlər 1996-cı ildən aparılan müqayisəli hesablamalarda ən yüksək göstəricidir. Bir nəfərlik ev təsərrüfatı üçün yoxsulluq həddi aylıq 1337 avro müəyyən edilib. Xüsusilə işsizlər və tək valideynli ailələr daha ağır sosial vəziyyətlə üzləşirlər.
Əmək bazarındakı vəziyyət də narahatlığı artırır. 2026-cı ilin ikinci rübündə Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib, işsizlərin sayı 2,7 milyon nəfərə çatıb. Bir il ərzində işsizlərin sayı 261 min nəfər artıb.
Yaşayış bahalılığı Fransadakı etirazların ən mühüm iqtisadi səbəblərindəndir. INSEE-nin məlumatına görə, 2026-cı ilin sentyabrında illik inflyasiya 3,1 faiz təşkil edib. Lakin ümumi qiymət indeksindən daha vacib olan ayrı-ayrı məhsul və xidmətlərin bahalaşmasıdır. Bir il ərzində enerji qiymətləri 21,3 faiz, neft məhsulları 36,2 faiz, dizel yanacağı isə 44,1 faiz artıb. Ərzaq və xidmət qiymətlərində də yüksəliş qeydə alınıb.
Makron hakimiyyətinin qarşısında duran əsas çətinlik sosial tələbləri yerinə yetirmək üçün dövlətin maliyyə imkanlarının məhdudlaşmasıdır. Fransa böyük iqtisadiyyata, geniş vergi bazasına və güclü dövlət institutlarına malikdir. Bununla yanaşı, sosial xərclərin maliyyələşdirilməsi, iqtisadi artımın zəifliyi və dövlət borcunun yüksəlməsi ciddi problemlər yaradıb. INSEE-nin 2025-ci ilin yekunlarına dair məlumatına görə, dövlət borcu ümumi daxili məhsulun 115,7 faizinə çatıb. Büdcə kəsiri 152,5 milyard avro, yaxud ÜDM-in 5,1 faizi səviyyəsində olub. Dövlət xərclərinin iqtisadiyyatda payı isə 57,2 faiz təşkil edib.
İğtişaşlardan sonra Baş nazir Lekorno məhdud komendant saatı tətbiq edilməsi barədə göstəriş verib. Hökumət başçısı prefektlərə əlavə iğtişaşların və talanların qarşısını almaq məqsədilə sərt tədbirlər görməyi tapşırıb. Lakin məhdud miqyaslı qadağaların əslində toplaşmaq və dinc etiraz hüququna qarşı kəskin məhdudiyyətlərdən ibarət olduğuna şübhə yeri yoxdur. Strasburqdan dünyaya demokratiya dəsri keçənlər komendant saatı ilə xalqı növbəti dəfə, tarixdə olduğu kimi Bastiliyaya silahlı hücuma təhrik edirlər. Qarşıdakı günlərdə hərbi qüvvələrin aksiyaay müdaxilə edəcəyi gözlənilir.
Fransa hakimiyyətinin indiki böhranını əvvəlki illərlə müqayisədə daha mürəkkəb edən ikinci mühüm məsələ parlamentdə sabit çoxluğun olmamasıdır. 2024-cü ilin növbədənkənar parlament seçkilərindən sonra ölkənin siyasi qüvvələri arasında parçalanma daha açıq xarakter aldı. Prezidentin siyasi düşərgəsi Milli Assambleyada qanunları təkbaşına qəbul etmək imkanını itirdi. Sol qüvvələr, sağ müxalifət və mərkəzçi partiyalar arasında ciddi proqram fərqləri mövcuddur.
Makronun 2017-ci ildə hakimiyyətə gəlişi ənənəvi sağ və sol partiyaların siyasi üstünlüyünə alternativ yaratmaq iddiası ilə bağlı idi. Lakin müxalifət və həmkarlar ittifaqları ilə qarşıdırmalar zamanla genişləndi. daha çox aşağı və orta gəlirli təbəqələrin üzərinə düşdüyünü bildirirdilər.
Əlbəttə, həm radikal sağ, həm də radikal sol qüvvələr yaranmış vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Marin Le Penin Milli Birlik Partiyası təhlükəsizlik və idarəetmə məsələlərini ön plana çıxarır, Jan-Lük Melanşonun təmsil etdiyi sol qüvvələr isə sosial bərabərsizlik və polis müdaxilələrini tənqid edirlər.
Fransadakı proseslərin Avropa üçün nəticələri də az əhəmiyyət daşımır. Fransa Avropa İttifaqının aparıcı siyasi və iqtisadi dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və Avropanın təhlükəsizlik siyasətində mühüm rol oynayır. Tirana, Lissabon və Milandakı aksiyalar vahid səbəblərə malikdir. Üstəlik, Paris Avropa müdafiə siyasətinin, Ukraynaya dəstəyin, sənaye rəqabətliliyinin və enerji təhlükəsizliyinin əsas iştirakçılarından olduğuna görə davam edən yardımlara kəskin müqavimət göstərir.
Fransada baş verənlərin Azərbaycana mümkün təsirinə gəlincə, ilk növbədə iki dövlət arasında son illərdə gərginlik sona qədər həll olunmayıb. Makron dövründə Qarabağ münaqişəsinin nəticələrinə münasibət, Vətən müharibəsindən sonra Qələbəmizin tanınmasına qarşı apardığı hibrid savaş, Milli Assambleyanın bədnam qərarları və xüsusilə Avropa Parlamentində Yeliseyin apardığı avantürüst xətt, Ermənistanla müdafiə əməkdaşlığı, İrəvanal sülh prosesinə aşkarda bir, fizli planda fərqli siyasətin yürüdülməsi fonunda yaranan böhran onu göstərir ki, hazırki hakimiyyət ölkənin daxili və xarici siyasətini düzgün qurmayıb.
Makron iqtidarına qədər Azərbaycan–Fransa münasibətləri uğurla inkişaf edirdi. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə Parislə əməkdaşlıq xarici siyasətin mühüm istiqamətlərindən biri olmuş, siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf etdirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev də prezidentliyinin ilk illərində Fransa ilə münasibətlərin genişləndirilməsinə xüsusi əhəmiyyət vermişdi. İndi yaranan gərginlik iki ölkənin uzun müddət ərzində formalaşdırdığı əməkdaşlıq imkanlarına zərbə vurur. Fransa Xarici İşlər Nazirliyinin 2026-cı ilin sentyabrında yenilənmiş məlumatına görə, 2025-ci ildə Fransanın Azərbaycana ixracı 311,2 milyon avroya çatıb. Halbuki potensial qat-qat böyükdür.
Fransanın daxili siyasi böhranı onun beynəlxalq roluna mənfi təsir edəcək. Ermənistanla əməkdaşlıq və Cənubi Qafqazdakı maraqları indiki hakimiyyətin siyasəti ilə irəliləyə bilməz. .
Azərbaycan Fransanın daxili siyasi qarşıdurmasında hansı qüvvənin üstünlük qazanacağını gözləmir. Ölkəmizin marağı ondan ibarətdir ki, Fransa ilə münasibətlər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı hörmətə əsaslansın. Xüsusilə 8 avqust 2025-ci il Vaşinqton razılaşmaları regionda yeni münasibətlər üçün imkan yaradıb. Paris sülhün möhkəmlənməsinə iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələri və diplomatik dialoq vasitəsilə töhfə verə bilər.
Fransadakı böhranın Azərbaycan üçün ikinci mühüm istiqaməti Avropa iqtisadiyyatının ümumi vəziyyətidir. Avropa Birliyi Azərbaycanın enerji ixracının, ticarət əlaqələrinin və nəqliyyat marşrutlarının əsas tərəfdaşlarından biridir. Fransa kimi böyük iqtisadiyyatda uzunmüddətli zəifləmə Avropanın investisiya mühitinə, enerji tələbatına və maliyyə bazarlarına müəyyən təsir göstərə bilər.
Fransanın hazırkı vəziyyətindən çıxan əsas nəticə daha genişdir. Avropanın güclü dövlət institutlarına, böyük iqtisadi imkanlara və geniş sosial müdafiə sisteminə malik ölkəsində belə milyonlarla insanın gəlir, məşğulluq, təhsil və yaşayış xərcləri ilə bağlı narazılığı davam edir. Küçələrdəki etirazın səbəblərini yalnız radikal qrupların fəaliyyəti ilə izah etmək də hadisələri sadələşdirmək olardı.
Makronun prezidentliyinin son mərhələsi Fransanın sosial dövlət modelinin, parlament sisteminin və iqtisadi islahatlarının nəticələrinin böhranla, siyasi və fiziki toqquşmalarla yekunlaşması onu göstərir ki, Avropa institutları yeni çağıırşlar qarşısındadır.
Lakin xalqın mənafelərinə cavab verən qüvvələrin hakimiyyətə gəlməsi perspektivi Almaniydakı kimi radikal, hətta faşist təmayüllü partiyaların güclənməsindən keçir. Ona görə də indi Parisdən başlayan inqilabi hərəkatın coğrafiyası getikcə genişlənəcək.
Hökumətlərin istefaya gedəcəyi qaçılmazdır.
Zahid Oruc
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
17:59 / 21 Oktyabr 2026
22
17:59 / 21 Oktyabr 2026
18
17:56 / 21 Oktyabr 2026
25
17:42 / 21 Oktyabr 2026
51
17:39 / 21 Oktyabr 2026
54
17:32 / 21 Oktyabr 2026
297
17:31 / 21 Oktyabr 2026
47
17:19 / 21 Oktyabr 2026
54
17:14 / 21 Oktyabr 2026
57
17:09 / 21 Oktyabr 2026
130
17:05 / 21 Oktyabr 2026
768
16:51 / 21 Oktyabr 2026
118
16:41 / 21 Oktyabr 2026
374
16:38 / 21 Oktyabr 2026
67
16:35 / 21 Oktyabr 2026
73
16:33 / 21 Oktyabr 2026
76
16:31 / 21 Oktyabr 2026
67
16:27 / 21 Oktyabr 2026
70
16:20 / 21 Oktyabr 2026
105
16:15 / 21 Oktyabr 2026
605
16:11 / 21 Oktyabr 2026
78
16:09 / 21 Oktyabr 2026
66
15:55 / 21 Oktyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.