Roman Abramoviç Bakıya gəlib - Foto
30 Oktyabr 2026, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
241
10.10.2026, 09:40
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasında rol oynadığını iddia edərək səkkiz Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.
Oxu24.com-un məlumatına görə, Amerika lideri bu barədə Truth Social sosial şəbəkəsində yazıb və Norveç Nobel Komitəsinin qərarından narazılığını ifadə edib.
"Mən səkkiz müharibəni nizamlamışam. Kömək etdiyim ölkələrin prezidentləri və baş nazirləri Norveç Nobel Komitəsinə məktublar göndəriblər. Əslində, mən bir deyil, səkkiz Nobel Sülh Mükafatı almalı idim", – deyə Tramp yazıb.
Onun sözlərinə görə, söhbət Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, eləcə də İsrail və HƏMAS arasında baş vermiş münaqişələrdən gedir.
ABŞ Prezidenti həmçinin İran ətrafında və Rusiya-Ukrayna arasında daha iki münaqişənin nizamlanmasına yaxın olduqlarını iddia edib.
"Hər iki proses sürətlə irəliləyir. Lakin onları nəzərə almasaq belə, artıq nizamladığım səkkiz müharibə Nobel Sülh Mükafatına layiq görülməyim üçün kifayət qədər əsasdır", – deyə o qeyd edib.
Tramp BMT-də çalışan bir qadına mükafat verilməsi qərarını tənqid edərək onun haqqında heç nə bilmədiyini bildirib. O, həmçinin laureatı İsrailə qarşı düşmən münasibətdə olmaqda ittiham edib.
Amerika lideri beynəlxalq səviyyədə tanınmağa layiq olduğunu düşündüyü digər nailiyyətlərini də sadalayıb. O, xüsusilə İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını, girovların azad edilməsinə və siyasi məhbusların geri qaytarılmasına nail olduğunu, eləcə də NATO ölkələrinin müdafiə xərclərini artırdığını iddia edib.
Bundan başqa, Tramp Koreya yarımadasında və Tayvan ətrafında silahlı münaqişələrin qarşısını aldığını bildirib.
"Mən tarixdə hamıdan çox insanın həyatını xilas etmişəm", – deyə ABŞ Prezidenti vurğulayıb.
O, həmçinin Birləşmiş Millətlər Təşkilatının sadaladığı münaqişələrin nizamlanmasında ona heç bir kömək göstərmədiyini iddia edib.
"Mənim ölkənizin prezidenti kimi təmsil etdiyim Amerika Birləşmiş Ştatları Nobel Sülh Mükafatını almalı idi. Lakin bu, baş vermədi", – deyə Tramp yazıb. Onun fikrincə, Nobel Komitəsinin qərarı Norveçin və Nobel Sülh Mükafatının nüfuzuna düzəlməz zərər vurub.
23:08 / 30 Oktyabr 2026
12
23:01 / 30 Oktyabr 2026
28
23:01 / 30 Oktyabr 2026
146
22:55 / 30 Oktyabr 2026
101
22:49 / 30 Oktyabr 2026
48
22:42 / 30 Oktyabr 2026
53
22:35 / 30 Oktyabr 2026
70
22:26 / 30 Oktyabr 2026
324
22:25 / 30 Oktyabr 2026
71
22:21 / 30 Oktyabr 2026
61
22:09 / 30 Oktyabr 2026
91
22:03 / 30 Oktyabr 2026
129
21:50 / 30 Oktyabr 2026
76
21:39 / 30 Oktyabr 2026
82
21:18 / 30 Oktyabr 2026
150
21:12 / 30 Oktyabr 2026
103
20:59 / 30 Oktyabr 2026
79
20:49 / 30 Oktyabr 2026
90
20:36 / 30 Oktyabr 2026
798
20:19 / 30 Oktyabr 2026
205
20:11 / 30 Oktyabr 2026
104
20:00 / 30 Oktyabr 2026
87
19:46 / 30 Oktyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.