Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada dron hücumları səbəbindən 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib  

Moskvada dron hücumları səbəbindən 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib  

DÜNYA

57

09.10.2026, 17:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskva hava limanlarında son sutka ərzində 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib.

Oxu24.com-un Rusiya bürosu xəbər verir ki, hava limanlarında məhdudiyyətlər Ukraynanın dron hücumları təhlükəsi səbəbindən tətbiq edilib.

Vnukovoda 158 uçuş təxirə salınıb, 38-i ləğv edilib. Şeremetyevoda 157 uçuş təxirə salınıb, 11-i ləğv edilib. Domodedovoda 58 uçuş təxirə salınıb, 13-ü ləğv edilib.

Moskva aeroportlarında təyyarələrin gəlişi və uçuşuna qoyulan məhdudiyyətlər hələ də qüvvədədir.