Türkmənistan səhnəsində "Azərbaycanım" mahnısı səsləndi (VİDEO)
08 Oktyabr 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
40
09.10.2026, 10:45
Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır.
Oxu24.com-un verdiyi xəbərə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Paşinyan xatırladıb ki, sülh saziş 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi sülh sammiti çərçivəsində paraflanıb.
“2020-ci il müharibəsindən sonra sülhə nail olmaq üçün uzun yol keçdik. Bu kontekstdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrında atəşkəsin əldə olunmasındakı rolunu xüsusi vurğulamaq istəyirəm. Lakin 2020-ci il 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra da təəssüf ki, sülhə nail ola bilmədik”, – Ermənistanın Baş naziri qeyd edib.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün yalnız bir real variant mövcud idi və həmin arxitektura Almatı Bəyannaməsinin prinsipləri əsasında qurulub.
O bildirib ki, 1991-ci ildə Almatı Bəyannaməsinin qəbul edilməsi Ermənistanla Azərbaycan arasındakı münaqişənin eskalasiyasının qarşısını ala bilməyib:
“Otuz ildən artıq müddətdə münaqişə Almatı Bəyannaməsinin mövcud olduğu şəraitdə davam edib və sanki bu sənədin mövcudluğu nəzərə çarpmayıb. Tam sülhün bərqərar olunması üçün, obrazlı desək, Almatı Bəyannaməsini yenidən canlandırmaq lazım idi. Biz bunu Azərbaycan Prezidenti ilə birlikdə etdik”.
Paşinyan xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Praqada keçirilmiş dördtərəfli görüşün yekununda tərəflər Almatı Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
“Hörmətli dövlət başçıları, Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır. Bu gün qeyd edə bilərik ki, son iki ildən artıq müddətdə ermənilərlə azərbaycanlılar arasında atışmalar nəticəsində ölən və ya yaralanan olmayıb. Halbuki 1990-cı illərdən başlayaraq otuz ildən çox müddətdə hər il hər iki tərəfdən ölən və yaralananlar olurdu”, – Ermənistanın Baş naziri vurğulayıb.
11:20 / 09 Oktyabr 2026
9
11:11 / 09 Oktyabr 2026
25
11:06 / 09 Oktyabr 2026
35
11:05 / 09 Oktyabr 2026
28
11:01 / 09 Oktyabr 2026
29
11:00 / 09 Oktyabr 2026
36
10:50 / 09 Oktyabr 2026
38
10:48 / 09 Oktyabr 2026
43
10:42 / 09 Oktyabr 2026
66
10:38 / 09 Oktyabr 2026
42
10:35 / 09 Oktyabr 2026
94
10:30 / 09 Oktyabr 2026
660
10:27 / 09 Oktyabr 2026
50
10:24 / 09 Oktyabr 2026
117
10:22 / 09 Oktyabr 2026
42
10:20 / 09 Oktyabr 2026
59
10:09 / 09 Oktyabr 2026
48
09:55 / 09 Oktyabr 2026
49
09:18 / 09 Oktyabr 2026
75
09:17 / 09 Oktyabr 2026
75
09:14 / 09 Oktyabr 2026
64
09:13 / 09 Oktyabr 2026
79
09:12 / 09 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.