Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə konsertdə atışma: Ölənlər var

Türkiyədə konsertdə atışma: Ölənlər var

DÜNYA

50

08.10.2026, 10:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin İstanbul şəhərində Küçükçekmece rayonunda konsert zalında baş verən silahlı toqquşmada biri polis əməkdaşı olmaqla iki nəfər ölüb, ikisi də yaralanıb.

Oxu24.com  xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs konsert zalına daxil olaraq ətrafa nizamsız atəş açıb.

Zalda sonradan məzuniyyətdə olduğu bilinən bir polis əməkdaşı ona atəşlə cavab verib. Nəticədə polis və silahlı şəxs ağır yaralanıb. Hər ikisi xəstəxanaya çatdırılsa da, həkimlər onların həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.