Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
17 Noyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
359
17.09.2026, 19:50
ABŞ-dakı Kolumbiya Universitetinin geoloqları Afrika qitəsindəki tektonik riftin əvvəllər düşünüləndən daha inkişaf etmiş bir mərhələyə çatdığını və Yer qabığının kritik bir həddi keçərək yeni bir okeanın əmələ gəlməsi prosesinə qədəm qoyduğunu açıqlayıblar.
Oxu24.com xəbər verir ki,Keniya və Efiopiya boyunca yüzlərlə kilometr uzanan Turkana riftindən seysmik məlumatları araşdıran tədqiqatçılar kontinental qabığın qalınlığını təhlil ediblər.
Onlar müəyyən ediblər ki, adətən qırılma xətlərinin kənarlarında 35 kilometri aşan qabığın qalınlığı riftin mərkəzində 13 kilometrə qədər azalıb.
Kolumbiya Universitetinin geoloqu Kristian Rouen, geologiyada qabığın 15 kilometrdən aşağı qalınlığının dönməz ayrılma mərhələsini göstərdiyini bildirdi və qabığın nazallaşdıqca müqavimətin zəiflədiyini və riftin sürətləndiyini açıqlayıb.
Proses başa çatdıqda, əsas qitəni təşkil edən Nubiya lövhəsi ilə şərq sahili və Madaqaskarı əhatə edən Somali lövhəsi bir-birindən tamamilə ayrılacaq. Qeyd edilib ki, maqma nəhəng qırılma yarığına çökərək yeni dəniz dibi əmələ gətirəcək və bu yarığı dolduran Hind okeanı suları qitələr arasında yeni bir okean yaradacaq.
Tədqiqat həmçinin regionun erkən insan tarixindəki yeri haqqında yeni məlumatlar təqdim edib. Mütəxəssislər Turkana riftində yer qabığının sürətli incəlməsinin təxminən 4 milyon il əvvəl başladığını müəyyən ediblər; onlar intensiv çöküntü yığılmasının ilk insan fosillərinin milyonlarla il ərzində bütöv şəkildə qorunmasına imkan verən əla geoloji şərait yaratdığını bildiriblər. Əvvəllər düşünüldüyü kimi, regionun təkamülün yeganə mərkəzi olmaya biləcəyi, lakin geoloji quruluşunun onu fosilləri ən yaxşı qoruyan təbii arxivə çevirdiyi irəli sürülüb.
Jalə
14:15 / 17 Noyabr 2026
1
14:02 / 17 Noyabr 2026
33
13:57 / 17 Noyabr 2026
58
13:45 / 17 Noyabr 2026
69
13:24 / 17 Noyabr 2026
87
13:22 / 17 Noyabr 2026
95
12:58 / 17 Noyabr 2026
84
12:55 / 17 Noyabr 2026
95
12:43 / 17 Noyabr 2026
89
12:25 / 17 Noyabr 2026
99
12:05 / 17 Noyabr 2026
589
11:58 / 17 Noyabr 2026
99
11:56 / 17 Noyabr 2026
303
11:28 / 17 Noyabr 2026
104
11:00 / 17 Noyabr 2026
147
10:54 / 17 Noyabr 2026
134
10:50 / 17 Noyabr 2026
152
10:45 / 17 Noyabr 2026
138
10:32 / 17 Noyabr 2026
147
10:30 / 17 Noyabr 2026
152
10:22 / 17 Noyabr 2026
149
10:17 / 17 Noyabr 2026
144
10:13 / 17 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.