KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
499
15.09.2026, 21:46
Dünyanın ən yüksək dağı olan Everestdə aparılan yeni araşdırma dırmanma mövsümündə baza düşərgəsində yaranan insan mənşəli istiliyin Xumbu buzlağına təsirini ortaya çıxarıb.
Oxu24.com xəbər verir ki, araşdırmaya görə, alpinist və bələdçilərin sidiyindən yaranan istilik yalnız bir mövsüm ərzində təxminən 154 ton buz və qarın əriməsinə səbəb ola bilər.
Nepal tərəfində, dəniz səviyyəsindən 5364 metr yüksəklikdə yerləşən Everest baza düşərgəsində yaz dırmanma mövsümündə minlərlə alpinist, bələdçi və digər əməkdaş toplaşır. Araşdırmada müəyyən edilib ki, təxminən 50 gün davam edən intensiv dövr ərzində düşərgədə insan fəaliyyəti buzlaq üzərində əhəmiyyətli miqdarda əlavə istilik yaradır.
Yüksək hündürlükdə susuz qalmamaq üçün çoxlu su qəbul edən alpinist və bələdçilər Everest baza düşərgəsində gündə 6 min litrdən çox sidik ifraz edirlər. Bərk insan tullantıları toplanaraq ərazidən daşınsa da, sidiyin əhəmiyyətli hissəsi birbaşa buzlağın üzərinə buraxılır.
Araşdırmaya görə, insan sidiyindən ayrılan istilik təxminən 50 günlük dırmanma mövsümündə 154 ton buz və qarın əriməsinə səbəb ola biləcək səviyyəyə çatır. Bu rəqəm Everestdə intensiv insan fəaliyyətinin buzlaq üzərində yaratdığı gözlənilməz təsirlərdən biri kimi diqqət çəkir.
Tədqiqatçılar Everest baza düşərgəsində yanacaq istehlakını da araşdırıblar. Təxminən 1600 çadırın yerləşdiyi düşərgədə yemək bişirmək, isinmək və elektrik enerjisi istehsal etmək üçün yüzlərlə LPG balonundan, eləcə də minlərlə litr kerosin və benzindən istifadə edildiyi müəyyənləşdirilib.
Yanacaq istifadəsi ilə insan sidiyindən yaranan istilik birlikdə hesablandıqda, ortaya çıxan enerjinin bir dırmanma mövsümündə təxminən 2492 ton buz və qarı əridə biləcək səviyyəyə çatdığı hesablanıb.
Üstəlik, helikopter uçuşları, alpinistlərin bədən istiliyi və yük daşıyan yakların yaratdığı istilik bu hesablamaya daxil edilməyib.
Araşdırmada Everest ətrafındakı buzlaqların əriməsində əsas amilin iqlim dəyişikliyi olduğu bildirilib. Bununla yanaşı, hər il minlərlə insanın birbaşa buzlaq üzərində qurulan baza düşərgəsində məskunlaşmasının ərimə prosesinə əlavə yük yaratdığı vurğulanıb.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.