Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
350
13.09.2026, 22:05
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və ailəsinin böyük sərvətə sahib olduğu iddia edilir. Araşdırmaya görə, təkcə Volodinin bank hesablarında 1 milyard rubla yaxın vəsait var, onun 90 yaşlı anasının hesablarında isə daha 750 milyon rubl saxlanılır.
Musavat.com xəbər verir ki, bu barədə Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasında bildirilir.
FBK-nın məlumatına görə, Vyaçeslav Volodin təkcə 2025-ci ildə təxminən 258 milyon rubl gəlir əldə edib. Araşdırmaçılar Dövlət Duması sədrinin müxtəlif bank hesablarında ümumilikdə 1 milyard rubla yaxın vəsaitinin olduğunu bildirirlər.
Lakin araşdırmada ən çox diqqət çəkən məqamlardan biri Volodinin 90 yaşlı anası Lidiya Barabanovanın sərvətidir.
Vaxtilə kənd müəllimi işləmiş Barabanovanın hazırda 10-dan çox şirkətə sahib olduğu bildirilir. FBK-nın iddiasına görə, həmin şirkətlər dövlətdən yüz milyonlarla rubl həcmində maliyyə dəstəyi alıblar.
Araşdırmaçılar 90 yaşlı qadının bank hesablarında təxminən 750 milyon rubl olduğunu da müəyyənləşdirdiklərini bildirirlər.
Volodinin digər qohumlarının adına rəsmiləşdirilmiş daşınmaz əmlak da araşdırmaya daxil edilib.
FBK-nın məlumatına görə, onun qayınatası Yuri Polyakin Gelencik yaxınlığında təxminən bir hektarlıq torpaq sahəsində böyük malikanə tikdirir.
Tikilməkdə olan iqamətgahın sahəsinin 700 kvadratmetr olduğu, kompleksdə ayrıca hovuzun da nəzərdə tutulduğu bildirilir.
Beləliklə, FBK-nın açıqladığı məlumatlara əsasən, təkcə Volodin və anasının bank hesablarında ümumilikdə təxminən 1,75 milyard rubl vəsait mövcuddur. Bura ailənin şirkətlərinin və daşınmaz əmlakının dəyəri daxil deyil.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.