Qaynar xətt:

(+99450) 247 90 86

Litva quş sürüsünü PUA zənn edib və NATO qırıcısını havaya qaldırıb

Litva quş sürüsünü PUA zənn edib və NATO qırıcısını havaya qaldırıb

DÜNYA

52

13.09.2026, 18:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Litva quş sürüsünü pilotsuz uçuş aparatları (PUA) zənn edərək NATO qırıcısını havaya qaldırıb və Vilnüs hava limanının işini 40 dəqiqəlik dayandırıb.

Oxu24.com  "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Litvanın Böhranların İdarə Edilməsi üzrə Milli Mərkəzindən bildirilib.

"Radarlarda quşlar və dronlar, ilk baxışda, eyni izləri buraxır", - mərkəzdən vurğulanıb.

Qırıcı hava məkanında vizual identifikasiya apardıqdan sonra təhlükə xəbərdarlığı ləğv edilib.